5 iyul 2026 - 14:56
Source: IRNA
Tramp: İran Liderinin dəfn mərasimini izləyirəm / İranlıların göz yaşları və mərasim məni təəccübləndirdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimini izləyir və şəhid liderin dəfn mərasimində iranlıların göz yaşları və mərasimə toplaşan izdiham onu təəccübləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Donald Tramp şənbə günü yerli vaxtla Axios saytına müsahibəsində iddia edib ki, Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimini izləyir və iranlıların onun dəfn mərasimində göz yaşı tökməsini görmək onu təəccübləndirib.

ABŞ Prezidenti daha sonra iddia edib ki, iranlılar «bir razılaşmanın əldə olunması üçün yalvarırlar», lakin tərəflər dəfn mərasimi başa çatanadək danışıqları bir həftə müddətinə dayandırmaq qərarına gəliblər.

O, əvvəlki təhdid və sərt bəyanatlarını təkrarlayaraq iddia edib: «Onların hamısı oradadır. Bir zərbə ilə hamısını aradan götürə bilərik. Amma bunu etmirik, çünki o halda danışıqlar aparacaq heç kim qalmayacaq.»

ABŞ Prezidenti həmçinin iddia edib ki, bu müddət ərzində tərəflərdən heç biri digərinə atəş açmayacaq.

Tramp əlavə edib: «Netanyahu dünən mənimlə görüşmək üçün müraciət etdi. Bu görüş gələn həftənin əvvəlində baş tuta bilər.»

Sizin rəyiniz

You are replying to: .
captcha