Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu səhər, 15 iyun, bazar ertəsi günü Türkiyə, İraq və Misir xarici işlər nazirləri Hakan Fidan, Fuad Hüseyn və Bədr Əbdül-Ati ilə İslamabad anlaşmasının prosesi və məzmunu barədə ayrı-ayrı telefon danışıqları apardı və məsləhətləşdi.
Bu telefon danışıqlarında Əraqçi, razılaşmanın həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının məsuliyyətinə toxunaraq, sionist rejimin Livana qarşı təcavüzlərinin və sabitliyi pozan hücumlarının tamamilə dayandırılmasının vacibliyini vurğuladı.
Ölkəmizin xarici işlər naziri həmçinin Türkiyə, İraq və Misir ölkələrinin atəşkəsin təmin edilməsi, gərginliyin azaldılması və bölgədə sabitlik və təhlükəsizliyə nail olmaq üçün diplomatik səylərin dəstəklənməsindəki mövqelərini və rolunu yüksək qiymətləndirib.
İran, Türkiyə, İraq və Misir xarici işlər nazirləri habelə regional inkişaflar üzrə sıx məsləhətləşmələrin və əməkdaşlığın davam etdirilməsini və sülhün və sabitliyin qorunması üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Sizin rəyiniz