6 iyun 2026 - 12:13
CNN ifşa etdi: "İsrail son müharibə zamanı Azərbaycanda qüvvə yerləşdirməklə İrana qarşı əməliyyatlar həyata keçirib”

Bu qüvvələr İranla sərhəddə bir neçə nöqtədə, o cümlədən müharibə zamanı İsrailin zərbə endirdiyi Təbriz şəhərindən cəmi 96 kilometr aralıda fəaliyyət göstərib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məlumatlı dörd mənbə CNN-ə bildirib ki, İsrail İranla müharibə zamanı öz hərbi və kəşfiyyatının xüsusi bölmələrini Azərbaycanda yerləşdirib və onlardan İrana qarşı əməliyyatlar keçirmək üçün istifadə edib.

Bu qüvvələr İranla sərhəddə bir neçə nöqtədə, o cümlədən müharibə zamanı İsrailin zərbə endirdiyi Təbriz şəhərindən cəmi 96 kilometr aralıda fəaliyyət göstərib.

Azərbaycanda həyata keçirilən bu yerləşdirmə özündə bir neçə onlarla hərbi qulluqçu, o cümlədən İsrail xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri, axtarış-xilasetmə vertolyot bölməsinin üzvləri və "Mossad" əməkdaşları əhatə edib.

Bu əməliyyata hazırlıq müharibə başlamazdan bir neçə həftə əvvəl başlayıb. İsrail dinləmə cihazları və kəşfiyyat avadanlığı quraşdıraraq sonrakı hərəkətlər üçün zəmin yaradıb.

Azərbaycanda mövcud olmaqla İsrail İranın hərəkətləri və hərbi obyektləri haqqında kəşfiyyat məlumatları toplaya, həmçinin İran raketlərinin buraxılması barədə erkən xəbərdarlıq sistemi təmin edə bilib.

İsrailin Azərbaycandan həyata keçirdiyi əsas əməliyyatlardan biri müharibənin ilk həftəsində İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Kəşfiyyat İdarəsinə rəhbərlik edən Rəhman Moğəddəmin terror edilərək Şəhid ediməsi olub.

Sizin rəyiniz

You are replying to: .
captcha