23 aprel 2026 - 17:22
Source: IRNA
İranın Bakıda səfirliyi cuhud fitnəsini iflasa uğratdı: DTX-nın etdiyi Azərbaycanda Sepahla bağlı iddiaları Yalandır

İranın Bakıda səfirliyi cuhud fitnəsini iflasa uğratdı: DTX-nın etdiyi Azərbaycanda Sepahla bağlı iddiaları Yalandır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi, İran tərəfindən Azərbaycan Respublikasının ərazisində və bu ölkənin maraqlarına qarşı hər hansı bir addımın planlaşdırılması ilə bağlı irəli sürülən iddiaları qətiyyətlə təkzib edib.

Səfirlik təkidlə vurğulayaraq bildirib: Sionist rejim daim qarşıdurmanın miqyasını genişləndirməyə və müharibəni İranın ətraf mühitinə yaymağa çalışır. Bu məqsədlə yanlış məlumatların yayılması və “saxta bayraq əməliyyatı” kimi tanınan aldadıcı fəaliyyətlər həyata keçirir.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatında sionist rejimin son günlər İran əleyhinə səsləndirdiyi iddialara cavab verib. Səfirliyin mətbuat xidməti bildirib ki, sionist rejimin təhlükəsizlik‑hərbi qurumlarının bəzi şəxslərin və ya İranla əlaqələndirilən qurumların, o cümlədən Azərbaycan Respublikasının ərazisində bu rejimin maraqlarına qarşı fəaliyyət planlaşdırması barədə iddiaları tamamilə əsassızdır.

Qeyd olunur ki, belə informasiya mühiti yaratmağın məqsədi İran İslam Respublikası ilə xüsusən də Azərbaycan Respublikası arasında ixtilaf və düşmənçilik yaratmaqdır.

Bəyanatda bildirilib ki, işğal üzərində qurulan və mövcudluğunu qorumaq üçün günahsız insanların qətli, təcavüz və cinayəti metod olaraq seçən terrorçu İsrail rejimi bu gün də öz çirkin məqsədlərinə çatmaq üçün bölgə ölkələri arasında fitnə və ixtilaf yaratmağa çalışır. Bu rejimin davranış təcrübəsinə nəzər saldıqda, o cümlədən 2025-ci ilin iyununda İrana qarşı 12 günlük hərbi təcavüz və 28 fevral 2026-cı ildən başlayan son hücumlar zamanı görüldüyü kimi, İsrail rejimi davamlı şəkildə qarşıdurmanı genişləndirməyə çalışır və bu çərçivədə yanlış məlumatlar yaymaq və “saxta bayraq əməliyyatı” kimi fırıldaqçı üsullardan istifadə edir.

İranın Bakıda yerləşən səfirliyi əlavə edib: Mövcud dəlil və faktlar – o cümlədən Naxçıvan Muxtar Respublikasına edilən şübhəli PUA hücumları, Xəzər dənizində liman və gəmiçilik infrastrukturuna qarşı təxribatlar, hava və dəniz marşrutlarını və regiondakı iqtisadi fəaliyyətləri təhlükəsizsizləşdirmə cəhdləri – bu rejimin belə bir plan üzərində işlədiyini göstərir.

Qeyd olunub ki, bütün bu məsələlər nəzərə alınaraq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinə qarşı yönəlmiş terrorçu İsrail rejiminin təxribatlarına qarşı ayıqlıq və qarşı tədbirlərin görülməsi zəruridir.

Sizin rəyiniz

You are replying to: .
captcha