10 mart 2026 - 21:38
İmam Seyyid Müctəba Xamenei həzrətlərinə Beyət və Dəstək bəyanatı

“Muhəmmədin (s) Maarifi İşığında” təşkilatı və “Lənkəran Quran və Əhli-beyt (ə) Elm və Təzkiyə Ocağı”nın üzvləri və həmkarları İmam Seyyid Müctəba Xamenei həzrətlərinə Beyət etdiklərini və Dəstək verdiklərini bildirən bəyanat yayımlayıblar...

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Müqəddəs Qum şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşlarından ibarət müxtəlif elmi və mədəni icmalar ayrı-ayrılıqda bəyanat yayaraq İslam Ümmətinin üçüncü Xələfi Salehi, İmam Seyyid Müctəba Xamenei həzrətlərinə Beyət etdiklərini və Dəstək verdiklərini bildiriblər.

Bu təşkilatlardan olan “Muhəmmədin (s) Maarifi İşığında” təşkilatı və “Lənkəran Quran və Əhli-beyt (ə) Elm və Təzkiyə Ocağı”nın üzvləri və həmkarlarının verdikləri bəyanatı saytımızın izləyicilərinə təqdim edirik:

Bismilləhir Rahmənir Rahim

İmam Seyyid Müctəba Xamenei həzrətlərinə Beyət və Dəstək bəyanatı

Və o kəslər ki, deyirlər: Pərvərdigara! Həyat yoldaşlarımızı və övladlarımızı bizim üçün gözaydınlığı qərar ver və bizi təqvalılara İmam tə'yin et.

(Surə Furqan, Ayə 74)

İmamlıq məqamı İslamda İlahi bir məqamdır və ömrünü ismətlə keçirənlərdən başqa kiməsə bu məqam Allah Sübhanəhu Təala tərəfindən həvalə olunmur...

Həzrəti İbrahim Peyğəmbər (əleyhi əfzəlu səlatu və səlam) uzun və ağır imtahanlardan üzü ağ keçdikdən sonra ahılı yaşında Allah Təala tərəfindən bu uca məqama təyin olundu. O, nəslindən gələcək şəxslərə də bu məqamın verilməsini Allah Sübhanəhu Təaladan istədikdə Həzrət Haqq Təala buyurud ki, “Mənim Əhdim (imamlıq məqamı) zalım şəxslərlə çata bilməz!” (Bəqərə surəsi, Ayə 124). Yəni bu məqam ismət məqamıdır, bu məqam hər bir eybdən və nöqsandan münəzzəh olan Allahın hakimiyyət məqamıdır ki, Allah Təala bu məqamı bəndələri içərisində özünü pak və saflaşdırmış şəxslərə əta edir və onları bu məqama təyin edir ki, yer üzərində Onun xəlifələri və canişinləri olaraq İlahi Hakimiyyəti idarə etsinlər...

Peyğəmbərlər və Məsum İmamlar yaşadıqları zamanlarda uzaq məntəqələrdə yaşayan kütlə üçün dində alim olan, bacarıqlı və layiqli şəxsiyyətləri o məntəqəyə başçı olaraq təyin edirdilər...

Böyük Qeybət dövründə isə, həzrəti Mehdinin (əccələllahu frəcəhu şərif) şiə cəmiyyəti ilə bir başa əlaqədə olmadığı üçün ümumi naiblərinin vasitəsi ilə şiələri idarə edir. Bu naiblər, dində daha elimlisi, ədalətli, təqvalı, dünya malına həris olmayan, şücaətli və s keyfiyyətlərə malik olan şəxslərdir ki, onlara Vəliyyi Fəqih deyilir...

Əziz Azərbaycanlılar! 1979-cu ildə İmam Xomeyni həzrətləri əliyalın tağut rejiminə qarşı qiyam edərək tarixdə ilk dəfə olaraq müstəqil şəkildə Vəliyyi Fəqih Hakimiyyətini yer üzündə qura bildi. On il müddətində bu ağır yükü çiyinlərində daşıdı və sonda İslamın bayrağını xələfi salihi, həzrət İmam Seyyid Əli Xameneiyə təhvil verdi. Həzrət İmam Seyyid Əli Xamenei 37 il bu həssas məqamda möhkəm dayanaraq İslam Hakimiyyətini müasir və modern elmlər cəhətindən, hərbi və texnologiyalar cəhətindən, səhiyyə və ekonomiya cəhətindən ali və məqbul dərəcələrə yetirdi. Sonda 28 fevral 2026-cı ilin Ramazan ayının 10-da cəddi İmam Hüseyn kimi qanına qəltan oldu və bu bayraq Allahın inayəti və lütfü ilə, Ekspertlər Şurasının dəqiq araşdırmaları və layiqli seçimləri sayəsində Ayətullah Seyyid Müctəba Xameneiyə ötürüldü...

Biz, “Muhəmmədin (s) Maarifi İşığında” təşkilatı və “Lənkəran Quran və Əhli-beyt (ə) Elm və Təzkiyə Ocağı” olaraq Həzrət Ayətullah Seyyid Müctəba Xameneinin İslam Ümmətinə və İran xalqına üçüncü İmam seçilməsi münasibətilə başda Vəliyyi Əsrə (Əccələllahu fərəcəhu əş-şərif) və müsəlmanlara təbrik ərz edir və İmam Xamenei ilə Beyət etdiyimizi bildirir, canla və başla İmam Xamenei həzrətlərinə xidmət edəcəyimizi və O, həzrətə hərtərəfli dəstək verəcəyimizi bildiririk.

“Muhəmmədin (s) Maarifi İşığında” təşkilatı və “Lənkəran Quran və Əhli-beyt (ə) Elm və Təzkiyə Ocağı”

İmam Seyyid Müctəba Xamenei həzrətlərinə Beyət və Dəstək bəyanatı

Sizin rəyiniz

You are replying to: .
captcha