22 fevral 2026 - 21:02
ABŞ Ali Məhkəməsinin Trampın tarif siyasətinə qarşı tarixi qərarı

Trampın təcili tariflər məsələsi yalnız iqtisadi bir cəncal deyildi; bu, həm də Amerika siyasi strukturunda güc balansının bir sınağı idi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cümə günü nadir bir qərarda ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasının iqtisadi siyasətinin əsas hissəsini qanunsuz elan etdi. Belə ki, 6 hakimin rəyi 3- hakimin rəyinə qarşı verdikləri qərarda prezidentin təcili səlahiyyətlərdən istifadə edərək idxala genişmiqyaslı tariflər tətbiq etməsini federal qanuna zidd olduğu bildirdilər.

Qərar yalnız Tramp üçün böyük bir hüquqi məğlubiyyət deyil, həm də Amerika ticarət siyasətinin gələcəyi üçün əhəmiyyətli siyasi və iqtisadi nəticələrə səbəb olacaq.

Qərara səbəb olan iş Trampın Çin, Meksika, Kanada, Hindistan və Braziliya da daxil olmaqla geniş ABŞ ticarət tərəfdaşlarına tətbiq edilən bir sıra sözdə "Azadlıq Günü" tariflərini tətbiq etmək qərarına gedib çıxır. Bəzi hallarda tariflər 50%-ə, Çin üçün isə 145%-ə qədər yüksəlmişdir.

Ağ Ev bildirib ki, bu tədbirlər "xroniki ticarət kəsirinə" və Trampın xarici ticarətdə "milli fövqəladə vəziyyət" adlandırdığı vəziyyətə cavabdır.

Baş hakim Con Roberts əksəriyyətin rəyini yazıb. O, ABŞ Konstitusiyasının Konqresə tariflər tətbiq etmək səlahiyyətini açıq şəkildə verdiyini və prezidentin qanunvericilərin açıq icazəsi olmadan bu səlahiyyəti birtərəfli şəkildə həyata keçirə bilməyəcəyini iddia edib.

Roberts yazıb: "Konstitusiyanın müəllifləri hətta tariflərin açıq xarici siyasət təsirləri olsa belə bu səlahiyyəti yalnız Konqresə veriblər".

Sizin rəyiniz

You are replying to: .
captcha