7 fevral 2026 - 16:05
Source: IRNA
İİR Müdafiə Nazirinin İlhan Əlievlə görüşü / Əliyev: İrana qarşı heç bir təhdidə yol verilməyəcək

İİR Müdafiə Nazirinin İlhan Əlievlə görüşü / Əliyev: İrana qarşı heç bir təhdidə yol verilməyəcək

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının Müdafiə Naziri başda olmaqla yüksək səviyyəli İran Nümayəndə Heyəti ilə  keçirtdiyi görüşdə Bakının Tehranla Vaşinqton arasında gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərə dəstək verməyə hazır olduğunu bəyan edib.

Regional KİV-lərin məlumatına görə, Əliyev yanvarın 21-də İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığını xatırladaraq bildirib ki, Tehran və Bakı arasında müxtəlif formatlarda həyata keçirilən yüksək səviyyəli təmaslar və görüşlər ikitərəfli gündəmdə olan məsələlərin müzakirəsi üçün mühüm imkanlar yaradır. O, Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərini “uğurlu” dəyərləndirib və həmin səfərdən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edib.

Bəyanatda Əliyevin Cənubi Qafqazda sülhün təmin olunmasına toxunaraq bunun İran üçün — Azərbaycan və Ermənistanla ortaq sərhədləri olan ölkə kimi — “xüsusilə mühüm” olduğunu vurğulayaraq bildirib: Biz dünyanın hər yerində sülhün tərəfdarıyıq — qan tökülmədən və müharibəsiz.

Digər tərəfdən, İranın müdafiə naziri Nəsirzadə İran Prezidentinin mesajını İlham Əliyevə çatdırıb və Bakıya Pezeşkianın tapşırığı ilə səfər etdiyini bildirib.

Görüşdə tərəflər dostluq, qardaşlıq və xoş qonşuluq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsini vurğulayıb, həmçinin müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Əliyev İranın müdafiə naziri ilə görüşdə bildirib: Bakı hər zaman İranın sabitliyi və təhlükəsizliyinin möhkəmləndirilməsini diqqətdə saxlayıb və dostluq, qardaşlıq münasibətləri çərçivəsində İran İslam Respublikasına qarşı hər hansı təhdidə yol verilməyəcək.

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri isə qeyd edib: Regiondankənar oyunçuların müdaxiləsi bölgədə təhlükəsizlik və sabitliyə zərbə vurur.

Sizin rəyiniz

You are replying to: .
captcha