Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gecə, (26 Rəcəbdən 27-sinə keçən gecə) Yaradılış Aləmində ən həssas və gözlənilən hadisə baş verdi. Həzrəti Haqq Təala Bəndəsi və Rəsuli Həzrəti Muhəmməd Mustafaya (səlləllahu əleyhi və alih) Bəşər və Cin Tayfalarına Peyğəmbər Olduğunu Elan Etməyi Əmr etdi. Və Bu Hadisə Dünya Tarixində Məb`əs yəni Allah Əzzə və Cəll tərəfindən Həzrəti Muhəmməd Mustəfanı Rəsul və Nəbiyy ünvanında Bəşər və Cin tayfalarına doğru Hərəkətə Gətirilməsi deməkdir.
Qetyd edək ki, Həzrəti Rəsulullah (səlləllahu əleyhi və alih) mübarək ömrünün 40 yaşında ikən, adəti üzrə Həra dağının qülləsində yerləşən mağarada, Əmirəl Möminin Həzrəti Əli İbn Əbu Talib (əleyhiməs səlam) ilə Allah Təalaya namaz qılaraq ibadət edərkən, İlahi Vəhy Mələyi Həzrəti Cəbrail Əmin (əleyhi səlam) bu dəfə O, Həzrətə nazil olaraq Öz Peyğəmbərliyini artıq Bəşər və Cin tayfalarına elan etməsi Əmrini çatdırdı və bununla da öncədən İnzal Sürətində- yəni birdəfəlik formada Həzrəti Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olmuş Qurani Kərimin tənzili- yəni tədrici şəkildə nazil olması başlandı. Və Ələq sürəsi ilk sürə olaraq O, Həzrətə nazil oldu. Bu an dəhşətli bir nalə səsi eşidildi, Həzrəti Əli (əleyhi səlam) Peyğəmbəri Əkrəmə (səlləllahu əleyhi və alih) ərz etdi; Bu kimin naləsidir Ya Rəsulullah! Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdular: Bu İblisin nalə səsidir. Mənim Allah Təala tərəfindən Bəşər və Cin tayfalarına doğru hərəkətə gətirilməyimə görə, məkirli işləriin puça çıxmasından narahat olub nalə çəkir. Daha sonra Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) Həzrəti Əli İbn Əbu Talibə (əleyhi səlam) Buyurdular: Ya Əli! Həqiqətən Sən Mən eşidəni eşidir və Mən görəni görürsən.
Biz ABNA Xəbər Agentliyi olaraq redaksiyamızın əməkdaşları adından başda İmam Zaman Həzrətləri olmaqla, Onun Haqq Nayibi Həzrəti Ayətullah Xameneini və bütün bəşər və cin tayfalarını səmimi qəlbdən təbrik edirik!
Bayramınız Mübarək!!!
Sizin rəyiniz