Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Qum şəhərində keçirilən Quran yarışlarının bağlanış mərasimində Höccətül-İslam Xamuşi bölgədəki son hadisələri İlahi ayələrə əsaslanaraq təhlil edib.
O, ilk öncə Həzrət Fatiməi Zəhranın (səlamullahi əleyha) doğum gününü təbrik edib, sonra faşist İsrail rejimi ilə ABŞ-ın son döyüşlərdə məğlubiyyətini Ayətullah Xameneinin müdrik rəhbərliyinə aid ediblər.
Höccətül-İslam Xamuşi, bu qarşıdurmaların Qurani-Kərimin, xüsusən də Həşr surəsinin proqnozları ilə tamamilə uyğun olduğunu vurğulayıb. Belə ki, İslamın ilkin dövrünün münafiqlərinin davranışları bugünkü dövrümüzün münafiq və monarxistlərin rəftarlarına tam bənzəyir. Onlar da İslam Peyğəmbərinin düşmənlərinə qələbə vəd edirdilər, günümüzün riyakarları da düşmənlərə qələbə vədini verirlər.
Vəqf Təşkilatının rəhbəri Quran ayələrinə istinad edərək düşmənlərin İran xalqından şiddətlə qorxduqlarını xatırlatdı və soruşdu ki, niyə Tramp kimi şəxslər müqavimətin təsirli gücünü göstərən General Süleymaninin adını çəkməyə davam edirlər?
O, bu sahədə əsas təqva anlayışını "sosial təqva" hesab etdi və İnqilab Rəhbərinin İnqilabın İkinci Addımı bəyanatında müəyyən etdiyi yol xəritəsi üzrə hərəkət etməyin vacibliyini vurğuladı.
Sonda o, Yəmənin Amerikaya qarşı müqaviməti də daxil olmaqla, bütün müqavimət cəbhəsinin uğurlarının səssizliyini Quran ədəbiyyatı və Vəliyi Fəqihə məhz itaətlə əlaqələndirdi.
Cənab Höccətül-İslam Xamuşi, ümid etdiyini bildirdi ki, vəhy kəlamı ilə bu daha dərin tanışlıq daha böyük məqsədlərin gerçəkləşməsinə bir başlanğıc olacaq və Zəmanənin Vəlisi, Həzrəti Məhdinin (Allah Təala Onun şərəfli zühurunu tezləşdirsin) zühuru üçün zəmin yaradacaq, İran isə müxtəlif iqtisadi və hərbi sahələrdə hegemon sistemə qarşı dura və qalib gələ biləcək.
Sizin rəyiniz