3 dekabr 2025 - 20:38
İmam Xamenei: Qadın, Evin Müdir və Rəisidir. Ərinin qeyri-kafi gəlirinə və bahaçılığa baxmayaraq, evi sənətkarcasına idarə edən qadınlara minnətdarıq

Qadınlara kapitalist və İslam baxışları arasındakı ziddiyyəti ifadə edən İnqilabın Ali Rəhbəri dedi: "İslamda qadınların müstəqilliyi, qabiliyyəti, kimliyi və inkişaf ehtimalı var, lakin kapitalist baxış itaətkarlıq və qadın kimliyinin kişilərə hopması və qadınların şərəf və ləyaqətinə hörmətsizlikdir və qadınları maddi vasitə, zövq və əyləncə vasitəsi hesab edir və son zamanlar Amerikada çoxlu səs-küyə səbəb olan cinayətkar dəstələr bu tip baxışın nəticəsidir."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün səhər, çərşənbə günü İran İslam Respublikasının müxtəlif bölgələrindən minlərlə qadın və qızla görüş keçirən Ümüdünya Müsəlmanlarının Ali Lideri, Həzrəti Ayətullah Xamenei, Həzrət Fatimə Zəhranı (s.ə.) bütün sahələrdə ən yüksək keyfiyyətlərə malik bir insan adlandırıb və İslamın qadınların evdə və cəmiyyətdə ləyaqəti və hüquqları ilə bağlı baxışını izah edərək, kişilərin müxtəlif sahələrdə həyat yoldaşları və qadınlarla davranışlarının necə olmasını izah edib.

İmam Xamenei cənabları, Həzrət Fatimənin (Səlamullahi əleyha) "ibadət və təvazökarlıq, insanlara qarşı fədakarlıq və bağışlama, çətinliklərə və bəlalara dözümlülük, məzlumların hüquqlarının cəsarətlə müdafiəsi, maarifləndirmə və faktların izahı, siyasi anlayış və fəaliyyət, "evdarlıq, ər qayğısı və uşaq tərbiyəsi", erkən İslam tarixindəki mühüm hadisələrdə iştirakı və digər sahələrdəki sonsuz və qeyri-məhdud fəzilətlərinə toxunaraq bildirib: " Allaha həmd olsun ki, İran qadınları, Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərinə görə, tarix boyu bütün dünya qadınlarının xanımı olan bu parlaq bir günəşdən nümunə götürür və dərs alırlar."

İnqilab Rəhbəri Qurani-Kərimin "kişi və qadınların insan həyatında və tarixində bərabər rolu, mənəvi kamilliyə və ən yüksək məqamlara çatmaq üçün kişi və qadınların bərabər imkanları" haqqında ayələrinə istinad edərək buyurublar: "Bütün bu deyilənlər, dindar olub, amma dindən xəbəri olmayanlar və dini kökündən qəbul etməyənlərin dinlə bağlı yalnış düşüncələri ilə ziddiyyət təşkil edir.”

İmam Xamenei Həzrətləri, Quranın cəmiyyətdə qadın hüquqları ilə bağlı məntiqini izah edərək vurğulayıb: “İslamda qadınlar sosial fəaliyyətlərdə, biznesdə, siyasi fəaliyyətdə, əksər dövlət vəzifələrinə çatmaqda və digər sahələrdə, eləcə də mənəvi davranışda, fərdi və ictimai səylərdə və hərəkatlarda kişilərlə bərabər hüquqlara malikdirlər, onların inkişaf sahələri açıqdır.”

İnqilab Rəhbəri qadın hüquqlarına həsr olunmuş çıxışının digər bir hissəsində "sosial və ailə davranışında ədalət"i qadınların ilk hüququ hesab edib və dövlət ilə ictimaiyyət üzvlərinin bu hüququ təmin etmək vəzifəsini vurğulayaraq bildiriblər: "Təhlükəsizliyin, şərəfin və ləyaqətin qorunması da qadınların əsas hüquqlarından biridir və qadınların ləyaqətini tapdalayan Qərb kapitalizmindən fərqli olaraq, İslam qadınlara tam hörməti vurğulayır."

İslamın nöqteyi-nəzərindən çürümüş Qərb mədəniyyətinin və kapitalizminin tamamilə rədd edildiyinə diqqət çəkən Ayətullah Xamenei əlavə ediblər: “İslamda qadınların ləyaqətini qorumaq və çox güclü və təhlükəli cinsi ehtirasları nəzarətdə saxlamaq üçün qadınların təbiətinə və cəmiyyətin həqiqi maraqlarına və ehtiyaclarına tamamilə uyğun olan "qadın və kişi arasında münasibətlər, qadınları və kişilərin geyimi, qadınların hicabı və evliliyə təşviq edən" höküm və məhdudiyyətlər mövcuddur; Qərb mədəniyyətində isə sonsuz və dağıdıcı cinsi istəkləri nəzarətdə saxlamaq qətiyyən nəzərə alınmır.

O, İslamda kişi və qadınları bədən və təbiətdən qaynaqlanan bir çox oxşarlıq və bəzi fərqlərə malik iki tarazlı ünsür hesab edərək deib: “Bu "iki tamamlayıcı ünsür" insan cəmiyyətinin idarə olunmasında, insan nəslinin davam etməsində, sivilizasiyanın tərəqqisində, cəmiyyətin ehtiyaclarının ödənilməsində və həyatın idarə olunmasında rol oynayır.”

Ümumdünya Müsəlmanlarının Ali Lideri, Həzrəti Peyğəmbərin (səlləllahu əleyhi və alih) qadını "ev işlərini görmək üçün işçi və məmur" deyil, "gül" hesab etdiyi rəvayətinə istinad edərək əlavə edib: “Bu baxışda, qadınları danlamaqdan və xitab etməkdən çəkinərək, onlara gül göstərilən qayğını göstərmək və gülü qoruyan kimi onları qorumaq lazımdır ki, onlar da evi öz rəng və ətirləri ilə zinətləndirsinlər.”

Ayətullah Xamenei Quranda iki mömin qadının - Məryəm və Asiyanın (Fironun arvadı) nümunəsini bütün mömin kişilər və qadınlar üçün bir göstərici və qadınların düşüncə və rəftarlarının əhəmiyyətinin göstəricisi adlandıraraq bildiriblər: “Qadınların sosial hüquqları, məsələn, eyni iş üçün kişilərlə bərabər əmək haqqı, işləyən qadınlar və ya ailə başçıları üçün sığorta, qadınlar üçün xüsusi məzuniyyət və onlarla digər məsələlər ayrı-seçkilik olmadan hörmət edilməli və qorunmalıdır.”

İmam Xamenei, evdə qadının ən vacib haqqının və ehtiyacının "ərinin ona olan sevgisi" hesab edərək, kişilərə arvadlarına olan sevgi və məhəbbətlərini ifadə etməyi tövsiyə edən bir rəvayətə istinad edib və vurğulayıblar: “Qadının evdəki digər vacib və böyük hüququ "ona qarşı hər hansı bir zorakılıqdan əl çəkmək" və Qərbdə geniş yayılmış sapmalardan, məsələn, qadınları kişilərin və ərlərin əli ilə öldürməkdən və ya döyməkdən tamamilə çəkinməkdir.”

İslam İnqilabı Rəhbəri " ev işlərini qadınlara yükləməkdən çəkinməyi", "ərin xanımının uşaq doğmaq çətinliklərinin öhdəsindən gəlməyə kömək etməyi" və "qadına akademik və peşəkar inkişaf və tərəqqi üçün yol açmağı" qadınların digər hüquqları hesab ediblər.

İmam Xamenei həzrətləri qadının evin müdir və rəis olduğunu vurğulayaraq bildiriblər: “Ərlərinin qeyri-kafi və sabit gəlirlərinə və məişət mallarının baha olmasına baxmayaraq, evi sənətkarcasına idarə edən qadınlara minnətdar olmalı və onları təqdir etməliyik.”

Həzrəti Ayətullah Xamenei, kapitalisim ilə İslamda qadına olan baxışlar arasındakı fərqi izah edərək bildiriblər: “İslamda qadınların müstəqilliyi, qabiliyyəti, kimliyi və inkişaf ehtimalı var, lakin kapitalist baxışda qadınların kimliyinin kişilərə tabe edilməsi və mənimsənilməsi, qadınların şərəf və ləyaqətinə hörmətsizlikdir, qadınlar maddi vasitə, zövq, şəhvət, əyləncə və əyyaşlıq vasitəsi hesab edilir və son zamanlar Amerikada çoxlu səs-küy salan cinayətkar dəstələr (admin: Tramp və Ceffri Epişteyn və sairləri ilə olunan iyrənc cinsi qalmaqallara işarə olunur ) bu tip baxışın nəticəsidir.”

Ayətullah Xamenei "ailə strukturunun dağıdılmasını" və atasız uşaqlar, ailə münasibətlərinin azalması, azyaşlı qızlara qarşı zorakılıq edən dəstələr və azadlıq adı altında cinsi əxlaqsızlığın artan təbliği kimi zərərlərin yaradılmasını son bir-iki əsrdə kapitalist mədəniyyətinin gördüyü böyük günahlarından sadalayaraq bildiriblər: “Qərb kapitalizmi bu böyük həcmli qanunsuz fəaliyyətləri hiyləgər şəkildə "azadlıq" adlandırır və bu addan hətta ölkəmizdə də təbliğ etmək üçün istifadə edir, halbuki bu, azadlıq deyil, köləlikdir.”

Ümüdünya Müsəlmanlarının Ali Lideri, Qərbin yalan mədəniyyətini dünyaya ixrac etməkdə israrına toxunaraq əlavə ediblər: “Onlar iddia edirlər ki, qadınlara qarşı müəyyən məhdudiyyətlər, o cümlədən hicab onların tərəqqisinə maneədir, lakin İslam Respublikası bu yalan məntiqi təkzib etdi və İslam geyiminə bağlı olan müsəlman qadınların hərəkət edə və bütün sahələrdə digərlərindən daha böyük rol oynaya biləcəyini dünyaya göstərdi.”

İslam İnqilabı Rəhbəri elmi, idman, intellektual, tədqiqat, siyasi, sosial, səhiyyə və sanitariya sahələrindəki irəliləyişləri, ömür uzunluğunu, cihad dəstəyini və şəhidlərin həyat yoldaşlarının cəsur müşayiətini İran tarixi boyunca qadınların misilsiz nailiyyətləri adlandıraraq vurğulayıblar: “İran tarixində bu qədər qadın alim, mütəfəkkir və ziyalıdan yüzdə biri belə olmayıb və qadınları bütün vacib sahələrdə təşviq edən və irəli aparan İslam Respublikası olub.”

Həzrəti Ayətullah Xamenei, vacib bir məsləhət verərək medianı Qərb kapitalizminin qadınlar haqqında yanlış düşüncəsini təbliğ etməmək barədə xəbərdar edərək, əlavə ediblər: “Hicab, qadın geyimləri, kişi ilə qadın arasındakı əməkdaşlıq mövzuları müzakirə edilərkən ölkədaxili media qərblilərin sözlərini təkrarlamamalı və vurğulamamalıdır, əksinə, həm ölkədaxililndə həm də beynəlxalq forumlarda İslamın dərin və təsirli baxış qabardılmalı və yayılmalıdır. Çünki bu, İslamı təbliğ etməyin ən yaxşı yoludur və dünyada bir çox insanın, xüsusən də qadınların İslama cəlb edilməsinə səbəb olacaqdır.”

Sizin rəyiniz

You are replying to: .
captcha