Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini və İran Ticarətin İnkişafı Təşkilatının rəhbəri Məhəmmədəli Dehqan Dehnəvi İnkişafda olan Səkkizlər Qrupunun (D-8) ticarət nazirlərinin dördüncü iclasında çıxış edərək, son beş il ərzində İranın quruma üzv ölkələrlə 22 milyard ABŞ dolları həcmində ticarət həyata keçirdiyini bildirib.
O, Tehran tərəfindən blokdaxili iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi siyasi iradənin mövcud olduğunu vurğulayaraq qeyd edilib: Misilsiz xarici təzyiqlərə baxmayaraq, İran D-8 çərçivəsində konstruktiv əməkdaşlığını qətiyyətlə davam etdirir və əmindir ki, üzv dövlətlər xarici məhdudlaşdırıcı addımların regional iqtisadi əməkdaşlıq və inteqrasiyaya mane olmasına yol verməyəcəklər.
Ticarətin İnkişafı Təşkilatının rəhbəri razılaşmanın mövcud məhdudiyyətlərinə – o cümlədən məhdud tarif güzəştlərinə, məhsulların köhnəlmiş təsnifatına və mənşə qaydaları üzrə mürəkkəb prosedurlara – toxunaraq bunların əsas maneə olduğunu bildirib.
O təklif edib ki, sazişin əhatə etdiyi məhsulların siyahısı ciddi şəkildə genişləndirilməli, inzibati mexanizmlər isə sadələşdirilməlidir. Bu halda razılaşma qrupdaxili ticarətin inkişafı üçün real və təsirli bir alətə çevrilə bilər.
Dehqan Dehnəvi həmçinin D-8 Preferensial Ticarət Sazişinin daha funksional və mütərəqqi bir mexanizmə çevrilməsi üçün genişmiqyaslı iş aparılması təşəbbüsünü alqışlayıb və beynəlxalq təşkilatları texniki qiymətləndirmələr və balanslaşdırılmış tövsiyələrin hazırlanması prosesinə dəstək göstərməyə çağırıb.
Sizin rəyiniz