3 dekabr 2025 - 18:09
Source: IRNA
Pezeşkian: Karateçi xanımın uğuru İranlı qadınların bacarığının parlaq simvoludur

Məsud Pezeşkian bazar ertəsi yaydığı mesajda Atusa Gülşadnejadın Qahirədə keçirilən dünya çempionatında inamlı çıxış edərək dəyərli qızıl medal əldə etməsini təbrik edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Qahirədə keçirilən karate üzrə dünya çempionatında Atusa Qolşədnejadın parlaq çıxışı və qızıl medal qazanması münasibətilə təbrik mesajı yayıb və bu nailiyyəti İranlı qadınların beynəlxalq arenadakı ləyaqətinin, bacarığının və iradəsinin aydın göstəricisi kimi dəyərləndirib.

İRNA-nın Prezident Administrasiyasına istinadla yayılan məlumata görə, Məsud Pezeşkian bazar ertəsi yaydığı mesajda Atusa Gülşadnejadın Qahirədə keçirilən dünya çempionatında inamlı çıxış edərək dəyərli qızıl medal əldə etməsini təbrik edib.

Prezident bildirib ki, İran karateçi qadınlarının böyüklər arasında dünya çempionatlarında ilk qızıl medal qazanması İran xalqı üçün böyük və tarixi bir qürurdur.

O vurğulayıb ki, bu uğur İranlı qadınların bacarığının, səylərinin və yüksək iradəsinin parlaq təzahürüdür və qadınlar müxtəlif sahələrdə öz ləyaqətlərini sübut edərək dünya arenalarında ən yüksək pillələrdə dayanmağa qadir olduqlarını göstəriblər.

Sizin rəyiniz

You are replying to: .
captcha