Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Russia Today” xəbər agentliyinin məlumatına görə, media orqanları şənbə günü Banqladeşin paytaxtı Dəkkədəki beynəlxalq hava limanlarından birinin yük hissəsində güclü yanğın baş verdiyini yazıb.
KİV-in məlumatına görə, yanğının intensivliyi o qədər böyük olub ki, hava limanında səmanı qatı tüstü bürüyərək uçuşların dayandırılmasına səbəb olub.
Hadisə Banqladeşin paytaxtı Dəkkə şəhərindəki Həzrət Şahcəlal hava limanında baş verib.
Media orqanı tərəfindən yayımlanan görüntülər göstərir ki, Dəkkə Beynəlxalq Hava Limanında bəzi təyyarələri böyük yanğından xilas etmək üçün çoxlu səylər göstərilir.
Hadisənin səbəbi hələlik mediaya açıqlanmayıb.
Sizin rəyiniz