18 oktyabr 2025 - 17:45
Pekin bir daha ABŞ-a səsləndi: Ticarətdə təzyiq siyasətinə son qoyun

Çinin Ümumdünya Ticarət Təşkilatındakı daimi nümayəndəsi bildirib: ABŞ hökumətinin mövcud siyasəti çoxtərəfli ticarət sistemini zəiflədir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Hindistanın “First Post” xəbər portalında yayımlanan Çinin ÜTT-dəki nümayəndəliyinin bəyanatında qeyd olunur ki, Pekin ABŞ-ni çoxtərəfli öhdəlikləri pozmaqda, qlobal ticarət sisteminin etibarına xələl gətirməkdə və beynəlxalq ticarət qaydalarını təhrif etməkdə ittiham edir.

Bəyanatda, həmçinin, ABŞ-nin “ticarətdə təzyiq siyasəti” və “sənaye siyasətində ikili standartlar” tətbiq etməklə Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğu və çoxtərəfli ticarət mexanizmini zəiflətdiyi vurğulanıb.

Bu açıqlama, Çinin Ticarət Nazirliyinin illik hesabatının dərc edildiyi vaxtla eyni zamana təsadüf edib. Hesabatda da Vaşinqtonun ÜTT-nin qaydalarına sadiq qalmadığı və bunun beynəlxalq ticarət sisteminin sabitliyinə mənfi təsir göstərdiyi qeyd olunur.

Qeyd edək ki, bundan bir neçə gün öncə də rəsmi Pekin Trampın bu qərarına sərt reaksiya vermişdir.

Sizin rəyiniz

You are replying to: .
captcha