Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mehr Xəbər Agentliyinin məlumatına görə, Amerikanın “Vaşinqton Post” qəzeti Amerikadakı yəhudilərin sionist rejim haqqında ictimai rəyi və Qəzzada baş verən proseslərə baxışlarını öyrənmək üçün sorğu keçirib.
Sorğu nəticəsində məlum olub ki, Amerika yəhudilərinin 61 faizi sionist rejimin Qəzzada hərbi cinayətlər törətdiyinə, 39 faizi isə bu rejimin fələstinlilərə qarşı soyqırım törətdiyinə inanır.
Sorğu nəticəsində məlum olub ki, Amerika yəhudilərinin 48 faizi sionist rejimin Qəzzada hərbi əməliyyatına qarşıdır.
Bu Amerika qəzetinin hesabatına əsasən, Amerika yəhudilərinin 68 faizi sionist rejimin baş naziri Benyamin Netanyahunun çıxışına mənfi münasibət bəsləyir.
Sizin rəyiniz