5 oktyabr 2025 - 13:19
HƏMAS Trampın Qəzza planındakı 11 boşluqdan istifadə etdi; Müqavimətin ağıllı cavabı

Siyasi ekspertlər Trampın Qəzzada atəşkəs planında 11 qeyri-qanuni bəndin olduğunu vurğulayaraq bildiriblər: “Bu plan nəyin bahasına olursa-olsun sülhü məcburi sürətdə tətbiq etməyə çalışır və gələcək qeyri-sabitlik üçün reseptdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Mayadin Xəbər Agentliyinin məlumatına görə, siyasi ekspertlər Trampın Qəzzada atəşkəs planının əsas məqamlarını sadalayıb və bu planın beynəlxalq hüquq qaydalarına uyğun olmadığını vurğulayıblar. Onlar xəbərdarlıq ediblər ki, nəyin bahasına olursa-olsun, dərhal sülhün bərqərar olması məsələsi gələcəkdə ədalətsizliyə, zorakılığa və qeyri-sabitliyə yol açır.

Lakin görünən odur ki, HƏMAS bu plana cavabında plandakı qeyri-müəyyənliklərdən öz xeyrinə istifadə edib və topu ABŞ və sionist rejimin meydanına atıb.

Siyasi ekspertlər vurğulayıblar ki, ABŞ prezidenti Donald Trampın Qəzzə ilə bağlı təklif etdiyi planın əsas elementləri beynəlxalq hüququn fundamental qaydaları və sionist rejimini işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymağa çağıran Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü il məsləhət rəyi ilə böyük ölçüdə uyğun gəlmir.

Mütəxəssislər 11 bənddə Trampın planında əsas qeyri-müəyyən məqamları qeyd ediblər:

1. Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ, xüsusilə beynəlxalq hüquqa əsaslanan müstəqil dövlətin qurulması bu planda təmin edilmir və Qəzzanın yenidən qurulması, Fələstin Muxtariyyətinin islahatı və sionist rejim ilə fələstinlilər arasında dialoqla bağlı qeyri-müəyyən ilkin şərtlərə tabedir.

2. “Müvəqqəti Keçid Hökuməti” fələstinliləri təmsil etmir, onların öz müqəddəratını təyinetmə hüququnu pozur və legitimliyi yoxdur. Bundan əlavə, daxili Fələstin dövlətinə keçid üçün heç bir xüsusi meyar və ya müddət nəzərdə tutulmur. ABŞ prezidentinin nəzarətində olan “Sülh Şurası” nə BMT-nin, nə də çoxtərəfli və şəffaf nəzarət altında deyil, ABŞ isə sionist rejimin sadiq dəstəkçisidir və dürüst vasitəçi deyil.

3. “Beynəlxalq Sabitliyi Bərpa Edən Qüvvələr” Fələstin xalqının və BMT-nin nəzarətindən kənarda olacaq və bu plan sionist işğalını ABŞ-ın rəhbərlik etdiyi işğalla əvəz edəcək.

4. Qəzzanın tərksilahının son bitmə müddəti yoxdur və əgər bu, daimidirsə, Qəzzanı İsrailin təcavüzü qarşısında müdafiəsiz qoya bilər. Digər tərəfdən, bəyanatda fələstinlilərə qarşı beynəlxalq cinayətlər törədən və digər ölkələrə qarşı təcavüzlə regionda sülh və təhlükəsizliyi təhdid edən sionist rejiminin Qəzzə Zolağında tərksilah edilməsi barədə heç nə deyilmir.

5. “Ekstremizmin” aradan qaldırılması yalnız Qəzza kontekstində qeyd edilir, bir halda ki, anti-Fələstin və ərəb əhval-ruhiyyəsi, ekstremizm və açıq şəkildə soyqırıma təhrik işğal olunmuş Fələstin ərazilərində sionistlərin hakim diskursunun xarakterik əlamətləridir.

6. “İqtisadi İnkişaf Planı” və “Xüsusi İqtisadi Zona” Fələstin resurslarının qeyri-qanuni xaricdən istismarına səbəb ola bilər.

7. Bu planda sionist rejim və Qəzzəyə qeyri-qanuni hücumlarını davam etdirən dövlətlərin fələstinlilərə müharibənin gətirdiyi qeyri-qanuni zərərləri ödəmək öhdəliyi yoxdur.

8. Planda bütün sionist məhbusların azad edilməsinə zəmanət verir, lakin yalnız məhdud sayda fələstinli məhbuslar azad ediləcək.

9. Bu planda heç bir şəkildə sionist rejimin Fələstin xalqına qarşı beynəlxalq cinayətləri və insan haqlarının pozulmasına görə cavabdehliyi nəzərdə tutulmur və ədalətə sadiqlik yoxdur.

10. Bu plan sionist rejimin Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindəki qeyri-qanuni məskunlaşmalarına, sərhədlərə, təzminat və qaçqınlara son qoymaq kimi digər fundamental məsələləri əhatə etmir.

11. Plan, istər BMT Baş Assambleyasının, istərsə də Təhlükəsizlik Şurasının, istərsə də Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fələstinlilərə yardım və dəstək üçün həyati əhəmiyyət kəsb edən rolunu təmin etmir.

HƏMAS-ın ABŞ-ın atəşkəs planına ağıllı cavabı

Bu baxımdan İsrail məsələləri üzrə ekspert Firas Yaği Fələstinin Şahab ​​Xəbər Agentliyinə verdiyi müsahibəsində HƏMAS-ın “Netanyahu-Tramp” planına ağıllı cavab verməsini “olduqca məsuliyyətli” adlandırıb. Onun fikriycə HƏMAS müzakirələrə son qoymağa və topu İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın meydançasına ötürməyə müvəffəq olub.

Yaği davam edərək bildirib: “HƏMAS məsuliyyətlə hərəkət etdi və bilavasitə onun məsuliyyət sahəsinə daxil olan məsələlərə, yəni məhbuslar məsələsi və hökumətin təhvil verilməsinə birbaşa reaksiya verdi, lakin Qəzza zolağının gələcəyi və tərksilah kimi daha böyük milli məsələləri bütün Fələstin icmalarının və vasitəçilərlə daha geniş danışıqlar çərçivəsində baş verməli olduğunu bildirdi.

Yaği əlavə edib ki, HƏMAS "hə" və ya "yox" cavabının inhisarını qəbul etməyib və digər mühüm və həlledici məsələləri digər fələstinlilərin tam qərarına buraxıb.

O, təhlilini belə yekunlaşdırıb ki, HƏMAS məsuliyyətli olduğunu, danışıqlara qadir olduğunu və həll yolu tapmağa çalışdığını bir daha səriştə ilə sübut edə bilib. HƏMAS-ın cavabı elədir ki, heç kim hərəkatı məhbus mübadiləsi razılaşmasına mane olmaqda məsuliyyət daşıya bilməz.

O, təhlilini belə yekunlaşdırıb ki, HƏMAS məsuliyyətli, danışıqlar apara bilən və həll yolu tapmağa sadiq olduğunu bir daha səriştə ilə sübut etdi. HƏMAS-ın cavabı elədir ki, heç kim hərəkatı məhbus mübadiləsi razılaşmasına mane olmaqda məsuliyyət daşımaqda iddi edə bilməz.

Sizin rəyiniz

You are replying to: .
captcha