Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına gör, Amnesty International (Beynəlxalq Amnistiya Təşkilatı) Dünya Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək faşist İsr@il rejimin beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib.
Təşkilatın baş katibi Agnes Kallamard bildirib: İsr@il milli komandası Norveç və İtaliya ilə qarşıdakı dünya çempionatının seçmə oyunlarına hazırlaşdığı bir vaxtda, bu rejim Qəzza zolağında fələstinlilərə qarşı soyqırım cinayətlərini davam etdirir.
O əlavə edib: Qəzzada İsr@il rejimi tərəfindən həyata keçirilən və insanların qəsdən aclıqla sınağa çəkildiyi, kütləvi qaçqınlığa məcbur edildiyi və tamamilə məhv edilməyə çalışıldığı hücumlar nəticəsində indiyədək 65 minə yaxın insan həlak olub. Onların arasında 800-dən çox idmançı, futbolçu və idman rəhbəri də var.
Kallamard vurğulayıb: Bu səbəbdən UEFA və FIFA beynəlxalq hüquqa əsasən üzərlərinə düşən məsuliyyəti yerinə yetirməli və İsr@il komandalarının qitə və beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün dərhal tədbir görməlidirlər.
Sizin rəyiniz