Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məsirə Xəbər Agentliyinin məlumatına görə, Vaşington Eksaminer nəşriyyəsi öz hesabatında yazıb: “Tramp narkotik tacirləri ilə mübarizə bəhanəsi ilə Latın Amerikasında qeyri-qanuni müharibə aparır. İkinci prezidentlik müddətinin 9 ayından sonra Qərbi Asiyada Yəmən və İrana qarşı 2 hərbi hücum həyata keçirdi.”
Hesabatın davamında deyilir: “Buna baxmayaraq, yəmənlilər hələ də Qırmızı dənizdə gəmilərin gediş və gəlişinə nəzarət edirlər, iranlılar da nüvə proqramını inkişaf etdirirlər. Tramp Karib dənizinə hərbi gəmilər göndərib və onun administrasiyası Venesuela daxilində hücumlar təşkil etməyi düşünür. Trampın hərbi siyasəti onun uğursuz təcrübələrini təkrarlayır və Konqresin razılığı olmadan Konstitusiyanı pozur.”
Hesabatda vurğulanır: Bu dəfə Amerika öz xəlvət həyətində sonsuz müharibə astanasındadır.
Sizin rəyiniz