Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səmud donanmasında iştirak edərk, sionist əsgərlər tərəfindən həbs edilən əlcəzairli fəal rejim həbsxanalarında olmağın iztirablarından danışıb.
"Russia Today" agentliyinin verdiyi xəbər görə, Səmud donanmasında iştirak edərk, sionist əsgərlər tərəfindən həbs edilən və sionist həbsxanasına köçürülən əlcəzairli siyasi fəal Əbdülrəzzaq Mokri vurğulayıb ki, onun üçün bu həbsxanalardakı fələstinli məhbusların ağrı və iztirablarının aydın mənzərəsi aydınlaşıb.
O, əlavə edib: "İsrail əsgərlərinin zülm və alçaldılmasının şiddətini hiss etdiyimiz zaman orada idik. Hətta xəstələrin dərman almasına mane oldular. 2 gün İsrail həbsxanalarında olduq, amma 2 il bizim üçün keçdi".
Mokri sionist əsgərlərin əlindən azad edildikdən sonra təyyarə ilə Türkiyəyə aparılıb.
O deyib: “Biz məqsədimizə nail olduq, o da İsrailin təcavüzünü ifşa etmək idi”.
Qeyd edək ki, 11 əlcəzairli fəal hələ də İsrail həbsxanalarında saxlanılır.
Sizin rəyiniz