Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İngilisdilli qəzet Səmud donanmasına hücum zamanı sionist əsgərlərin məşhur isveçli fəala qarşı təhqiramiz davranışlarına işarə edib.
Mehr Xəbər Agentliyinin Məa-ya istinadən verdiyi məlumata görə, İngiltərənin "Guardian" qəzeti İsveçin işğal olunmuş Fələstin ərazilərindəki səfirliyinin ölkənin Xarici İşlər Nazirliyinə məşhur isveçli fəal Qreta Tunberqin çox pis şəraitdə saxlandığı barədə məlumat verdiyini yazıb.
Məlumata görə, Tunberq həşəratların çox olduğu otaqda olub və sionist əsgərlər onu kifayət qədər su və yeməklə təmin etməyiblər.
Xəbər Agentliyi başqa bir isveçli fəala istinadən yazıb ki, sionist əsgərlər Qretanın saçını yolub, döyüb və saxta rejimin bayrağını öpməyə məcbur ediblər! Başqalarını qorxutmaq üçün əllərindən gələni etdilər.
Qeyd edək ki, sionist hərbçilər “Səmud” donanmasının gəmilərinə hücum zamanı Qretanı yüzlərlə fəalla birlikdə həbs ediblər.
Sizin rəyiniz