5 sentyabr 2025 - 15:52
Çin və Şimali Koreya strateji əməkdaşlığı gücləndirməyə hazırdır

Çin və Şimali Koreya prezidentləri bu ölkələrin əlaqələrini genişləndirməyə hazır olduqlarını vurğulayıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  “Rossiya Today”in məlumatına görə, Çin prezidenti Si Tsinpin ölkəsinin Şimali Koreya ilə yüksək səviyyəli əlaqələri və strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb.

O əlavə edib ki, inkişafın həyata keçirilməsində Şimali Koreyaya dəstəyini davam etdirəcək və onunla münasibətlərini yaxşılaşdırmağa hazırdır. Qlobal proseslərdən asılı olmayaraq bu mövqe dəyişməz olaraq qalacaq.

Şimali Koreya lideri Kim Çen In da ölkəsinin Çinlə əlaqələrini dərinləşdirmək və genişləndirmək niyyətində olduğunu bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha