31 avqust 2025 - 21:14
Source: IRNA
Ənsarullah Hərəkatının lideri: Yəmən hökumətinin üzvlərinin şəhadəti, yəmənlilərin mövqeyini dəyişdirməyəcək

Seyid Əbdülməlik Bədrəddin əl-Husi, İsrailin son cinayətini və ümumilikdə bu rejimin fəaliyyətlərini pisləyərək deyib: Yəmən xalqı öz haqlı mövqeyindən geri çəkilməyəcək və sonadək mübarizələrini davam edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi, sionist rejiminin hava hücumlarında Yəmən hökumətinin baş naziri və bir neçə nazirinin şəhid olmasına münasibət bildirib.

O, şəhidlərin ailələrinə başsağlığı verərək, bu cinayətin Yəmən xalqının mövqeyini dəyişdirməyəcəyini vurğulayıb.

Əl-Husi bu günki çıxışında, sionist rejiminin Yəmənin Səna şəhərinə etdiyi hava hücumunda "Dəyişiklik və Yəmənin İnkişafı" hökumətinə bağlı bir binanı hədəfə aldığını və nəticədə bir neçə nazirin və işçinin şəhid olduğunu açıqlayıb. O, şəhidlərin Yəmənin mülki sahələrində çalışan fəal nazir və məmurlar olduğunu bildirib.

Sionist rejimi yalnız Yəməni deyil, Fələstini, Livanı, Suriyanı, İraqi və İranı da hədəf alır, – deyə Seyid Əbdülməlik Bədrəddin əl-Husi qeyd edib. O, İsrailin mülki insanlara, uşaqlara və qadınlara qarşı törətdiyi cinayətləri də qınayıb.

Əl-Husi, sionist rejiminin regionda uzun müddətdir davam edən cinayətkar fəaliyyətlərini davam etdirdiyini qeyd edərək bildirib: İsrail humanitar və beynəlxalq prinsiplərə qarşı düşməndir. Onun sözlərinə görə, bu rejim heç bir beynəlxalq qanuna, öhdəliyə və etikaya riayət etmir və davranışları yalnız şiddət və işğal ilə xarakterizə olunur.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi, İsrailin son cinayətini və ümumilikdə bu rejimin fəaliyyətlərini pisləyərək deyib: Yəmən xalqı öz haqlı mövqeyindən geri çəkilməyəcək və sonadək mübarizələrini davam edəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha