Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin təhlükəsizlik kabinetinin iclası Yəmənin ölkənin baş naziri və bir sıra digər nazirlərinin hədəfə alınmasına reaksiyasının qorxusundan bu gün sığınacaqda keçiriləcək.
Sionist rejimin kanal-7 televiziya kanalının məlumatına görə, sionist rejimin təhlükəsizlik kabinetinin iclası baş naziri Benyamin Netanyahu və rejimin digər nazirləri və təhlükəsizlik və hərbi başçılarının iştirakı ilə Qəzzənin tam işğalı planını nəzərdən keçirmək üçün təhlükəsiz yerdə keçiriləcək.
Məlumata əsasən, sionist rejimin nazirləri bu gün səhər kabinet iclasının yerinin dəyişdirilməsi ilə bağlı mesaj alıblar.
Mesajda deyilir ki, Ənsarullahının hücumunun qorxusundan üçün iclas təhlükəsiz yerə köçürülüb. Bu qərar İsrail rejiminin Sənaya cinayətkar hücumları və Yəmən müqavimətinin reaksiyasından narahatlıqlar fonunda verilib.
Sizin rəyiniz