31 avqust 2025 - 20:27
Vladimir Putin: Çinə səfərim zamanı “yeni dünya düzəni” ideyasını canlandıracağam

Putin: Şanxay Əməkdaşlıq Təşkilatının Tianjin sammiti çərçivəsində Si Cinpinlə görüş bu sistemin formalaşmasına “daha güclü təkan” verə bilər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya prezidenti Vladimir Putin Çinə dörd günlük səfəri ərəfəsində “çoxqütblü dünya nizamı” ideyasını canlandırmaq niyyətində olduğunu açıqlayıb.

O, Sinxua Xəbər Agentliyinə müsahibəsində deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Tianjin sammiti çərçivəsində Si Cinpinlə görüş bu sistemin formalaşmasına “daha ​​güclü təkan” verə bilər.

Əl-Şərq Əl-Avsat qəzetinin internet saytı yazıb: "Putin bu müsahibəsində dolların zəifliyinə və Amerikanın qlobal məsələlərdə hökmranlığının sona çatmasına toxunaraq əlavə edib ki, Rusiya və Çin ticarətlərini demək olar ki, bütünlüklə milli valyutalara keçiriblər. O, həmçinin qlobal cənub ölkələrinin və Braziliya, Rusiya və Hindistanın daxil olduğu BRİKS blokunun güclənməsini yeni nizam hesab edir."

Sizin rəyiniz

You are replying to: .
captcha