19 avqust 2025 - 21:34
Sionist İsrail rejim mediası: İran raket hücumu ilə İsrailin enerji obyektlərini məhv etdi

Faşist sionist yəhudi rejiminin mediası bu barədə belə məlumat yayıb: “İsrail, İranın enerji obyektlərinə etdiyi raket hücumunun dəydiyi yerləri gizlətməyə çalışsa da, lakin mediada görüntülərin yayılması bunu mümkünsüz etdi.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fars Xəbər Agentliyinin İqtisadi Qrupunun bildirdiyinə görə, uşaq qatili İsrail faşist rejiminin İsrail Hayom qəzeti bazar ertəsi belə bir açıqlama verib; Şir Nəriltisi Əməliyyatı (12 günlük müharibə) kimi tanınan hərbi əməliyyat zamanı İran tərəfindən İsrailə raket hücumu həyata keçirilib və bu, İsrailin enerji infrastrukturuna ciddi ziyan vurub.

Qəzetin yazdığına görə, hücum, İsrailin həyati vacib infrastrukturunun hərbi təhdidlərə qarşı yüksək həssaslığını göstərir. İlkin məlumatlara görə, bu hücum İsrailin enerji obyektlərinə və boru kəmərlərinə ciddi ziyan vurub. Dəymiş ziyanın dəqiq təfərrüatı hələ açıqlanmayıb, lakin bu hücumun əhəmiyyəti İsrail ictimaiyyətində vurğu ilə qeyd olunub.

İsrail Hayom qəzeti əlavə edib; Hücumdan sonra İsrail hərbi rəsmiləri sürətlə hərəkətə keçərək hücumun təsir və nəticələrini senzura edərək azaltmağa çalışıblar.

Qəzet vurğulayıb; İsrail hərbi rəsmiləri əvvəlcə bu hücumun İran qüvvələrinə gələcək hədəfləri müəyyən etməsinə kömək etməməsi üçün dəqiq yerini gizli saxlamağa çalışdılar. Bununla belə, raket zərbəsinin görüntüləri Əl-Cəzirə kanalında yayımlandıqdan sonra İsrail hərbi rəsmiləri etiraf ediblər ki, hücumun yeri ictimaiyyətə məlum olub və daha gizli saxlanıla bilməz.

İsrail Hayom qazeti bildirib ki, 12 günlük müharibə zamanı İranın İsrailin enerji infrastrukturuna və Hayfa neft emalı zavoduna raket hücumu ciddi ziyan vurub.

Hayfa neft emalı zavodu İsrailin ən böyük neft emalı zavodlarından biridir və İsrailin yanacağa olan tələbatının böyük bir hissəsini gündəlik 9000-12000 barel neftlə təmin edir. Strateji yerləşməsinə və həyati roluna görə neft emalı zavodu İsrailin enerji infrastrukturunun ən mühüm məntəqələrindən biri hesab olunur və onun işdən düşməsi müxtəlif iqtisadi və sənaye sahələrinin yanacaq və enerji təchizatında geniş şəkildə tətilə və ziyana səbəb olub. İsrail rəsmiləri elan ediblər ki, Hayfa neft emalı zavodunun tam əsaslı təmiri 2025-ci ilin sentyabr ayına qədər davam edəcək və bu əhəmiyyətli iqtisadi ziyanlara səbəb olacaq.

Neft emal zavodunda işin dayanması enerji xərclərinin artmasına, yanacaq ehtiyatlarının azalmasına, nəqliyyat və sənayedə problemlərə səbəb olub. Bu kritik infrastruktura dəyən ziyan İsraildə də dərin təhlükəsizlik və iqtisadi narahatlıqlar yaradıb.

Sizin rəyiniz

You are replying to: .
captcha