Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Məzar Şərifdəki konsulluğa edilən hüc,umun 27-ci ildönümü münasibətilə verdiyi bəyanatda bu terror aktının bütün cəhətlərinin aydınlaşdırılmasının və bu cinayətdə əli olanların və göstəriş verənlərin müəyyən edilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.
7 avqust 2025-ci il, cümə axşamı yayımlanan bəyanatda qeyd olunur ki, 8 avqust (1998-ci il) İran İslam Respublikasının Əfqanıstanın Məzar Şərif şəhərindəki Baş Konsulluğunda iranlı diplomatlar və jurnalistin faciəvi şəkildə şəhid edilməsinin ildönümüdür.
Bəyanatda qeyd olunub ki, 27 il əvvəl – 8 avqust 1998-ci ildə – İran İslam Respublikasının Məzar Şərifdəki Baş Konsulluğunun binası silahlı terrorçuların hücumuna məruz qalmış və konsulluqda çalışan səkkiz iranlı diplomat – Nəsir Riqi, Nurullah Noruzi, Kərim Heydərian, Rəşid Pəriyav Fəllah, Heydərəli Baqiri, Məhəmmədəli Qiyasi, Məcidd Nuri Niyarki və Məhəmmədnəsir Nasiri – ilə yanaşı, İran İslam Respublikasının İRNA xəbər agentliyinin müxbiri Mahmud Sarəmi şəhid edilmişdir.
Sizin rəyiniz