Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının lideri Fələstin və Qəzzədəki son hadisələrə toxunaraq vurğulayıb ki, sionist düşmən hələ də ABŞ bombaları ilə Qəzzə sakinlərinin qətliamını davam etdirir.
Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülməlik Bədrəddin əl-Husi çıxışında deyib: Artıq beş aydır ki, Qəzza zolağına humanitar yardımlar daxil olmur və bu, bölgədəki fələstinlilərin dərdlərinin və problemlərinin daha da artmasına səbəb olub. Qəzzə mühasirəsi bəzi ərəb və Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilib və nəticədə Qəzzədə analoqu olmayan bir aclıq faciəsi yaşanır.
Hazırda 22 mindən çox humanitar yardım yük maşını Qəzzənin girişlərində saxlanılıb, onların əksəriyyəti beynəlxalq təşkilatlar tərəfindən göndərilib.
İsrailin cinayətlərini dəstəkləyən cinayətkar Tramp belə, Qəzzədə baş verənləri acınacaqlı və dəhşətli adlandırır. Qəzzə xalqının yaşadığı əzab və zülümlərin təfərrüatları bütün dünya, xüsusilə də müsəlmanlar və ərəblər üçün utancvericidir. Aclıq cinayətinə paralel olaraq Qəzzədə susuzluq cinayəti də törədilir və insanlar su əldə etmək üçün böyük çətinliklərlə üzləşirlər.
Sionist düşmən ABŞ bombaları ilə qətliamlarını davam etdirir, ərzaq axtaran qadın, uşaq və yaşlıları hədəfə alırlar. Bəzi amerikalılar Qəzzədə silah götürüb bu cinayətlərdə birbaşa iştirak edir, bəziləri isə bunu açıq şəkildə etiraf ediblər. Bir amerikalı zabit etiraf edib ki, Qəzzədəki ölüm tələləri əsasən fələstinlilərin kütləvi şəkildə məhv edilməsi üçün planlaşdırılıb
Sizin rəyiniz