Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Reuters agentliyi cümə günü gecə iki neft sənayesi mənbəsinə istinadən xəbər verib ki, Rusiyanın Ukraynanın Odessa vilayətinə PUA hücumu nəticəsində Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın həmin ərazidəki neft anbarına ziyan dəyib.
Mənbələrdən biri Reuters agentliyinə PUA hücumu nəticəsində 4 nəfərin yaralandığını bildirib.
Hadisədən xəbəri olan mənbə bildirib ki, bir gecədə baş verən hücumda "bir neçə PUA Dövlət Neft Şirkəti SOCAR-ın neft bazasına düşüb. Hazırda dəyən ziyanı qiymətləndirmək çətindir. Bir neçə insan xəsarət alıb."
Azərbaycanın Dövlət Neft Şirkətinin Ukrayna ərazisində 60-a yaxın yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
Sizin rəyiniz