Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həmas rəsmisi Qəzzədə qıtlığın olmasını inkar edən ABŞ prezidentinin sözlərinə reaksiya verib və onu şiddətlə pisləyib.
Həmas-ın siyasi bürosunun üzvü İzzət Əl-Rişq bildiribdir ki, Amerika hökumətindən sionist rejimin aşkar yalanları və təbliğatlarını təkrarlamaqdan əl çəkməsini istəyirik.
O, deyib: Amerika prezidenti Donald Trampın Qəzzədə qıtlığın olmasını inkar edən sözlərini şiddətlə pisləyirik.
Əl-Rişq əlavə edib: Bu sözlər Netanyahunun yalan rəvayətlərinin rüsvayçı təkrarıdır və Qəzzə əhalisini ac saxlamaq, həmçinin bu əhaliyə qarşı soyqırımı və müharibəni davam etdirmək üçün sionist rejimə daha çox dəstək verir.
Bu Həmas rəsmisi əlavə edib: Amerikanın humanitar yardımların oğurlanmasına dair ittihamları əsassızdır və heç bir dəlilə malik deyildir.
Sizin rəyiniz