28 iyul 2026 - 11:16
Ayətullah Fazil Lənkərani: "ABŞ ilə razılaşaq" deyən şəxs İmam Hüseyn(ə) yolunda deyil / Gecə toplantılarında iştirak İmam Hüseynin (ə) ordusunu güclə

Ayətullah Fazil Lənkərani bildirib ki, İslamın, İranın və Əhli-beyt (ə) məktəbinin yanında olan hər kəs İmam Hüseynin (ə) yolundadır. "Bunun mənə nə aidiyyəti var?" deyən və ya "ABŞ ilə razılaşmaq lazımdır" söyləyən şəxs isə bu ordudan ayrı düşmüş sayılır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri Qum şəhərində Kerman vilayətinin Şəhdad rayonundan olan Ərbəin zəvvarları ilə görüşündə dini cəbhənin gücləndirilməsində mədəni və ictimai fəaliyyətlərin roluna toxunaraq bildirib:

"Xalqın meydanda olması, dini toplantıların keçirilməsi və mədəni fəaliyyətlərin həyata keçirilməsi İmam Hüseynin (ə) ordusunu gücləndirir və İslam dəyərlərinin qorunmasına zəmin yaradır."

O, Qurani-Kərimin tağuta qarşı mübarizə ilə bağlı göstərişlərinə istinad edərək vurğulayıb ki, tağut və küfrlə barışmaq mümkün deyil. İran xalqı Aşura mədəniyyətindən ilham alaraq zülmə qarşı müqavimət yolunu seçib.

Ayətullah Fazil Lənkərani çıxışının digər hissəsində Ərbəin zəvvarlarına bu səfərin mənəvi imkanlarından faydalanmağı tövsiyə edərək bildirib ki, İmam Hüseynin (ə) ziyarəti insanın həm dünya, həm də axirət həyatı üçün dönüş nöqtəsi ola bilər. O, hədislərə istinad edərək müqəddəs ziyarətgahların ziyarətinin böyüklüyünü və mənəvi təsirlərini vurğulayıb.

O, həmçinin İmam Hüseynə (ə) ağlamağın savabı ilə bağlı bəzi səsləndirilən fikirlərə münasibət bildirərək deyib ki, bu cür iddialar Quran ayələri və hədislərin düzgün anlaşılmamasından irəli gəlir. Onun sözlərinə görə, "Kim zərrə qədər xeyir iş görsə, onu görəcək..." ayəsi Qiyamət günü insanın əməllərini görməsinə aiddir və ilahi mükafatın yalnız əməlin miqdarı ilə məhdudlaşdığını ifadə etmir.

Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri "Allah istədiyi şəxs üçün savabı qat-qat artırar" və "Səbir edənlərə mükafatları hesabsız veriləcək" məzmunlu Quran ayələrinə istinad edərək əlavə edib ki, Allah Öz fəzl və kərəmi ilə bəndələrinin əməllərinin savabını dəfələrlə artırır. O qeyd edib ki, İmam Hüseynin (ə) ziyarətinin və onun üçün göz yaşı tökməyin böyük savabı barədə çoxsaylı hədislər mövcuddur.

Sonda o, zəvvarları Ərbəin ziyarətinin qədrini bilməyə çağırıb və Həzrət Vəliyyi-Əsrin (ə.f.) zühurunun tezləşməsi, İslamın qorunması və İslam ümmətinin izzəti üçün dua edərək bu mənəvi səfərdən maksimum faydalanmağı tövsiyə edib.

Sizin rəyiniz

You are replying to: .
captcha