Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

19 sentyabr 2022

14:20:00
1306404

Kərbəla Araşdırma və Tədqiqat Mərkəzi 6-cı Ərbəin Ziyarət Konfransının tarixini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Kərbəla Araşdırmaları və Tədqiqat Mərkəzi”nin rəhbərliyi mənəviyyat dolu Ərbəin Ziyarətinin 6-cı elmi və beynəlxalq konfransının keçirilmə tarixini açıqlayıb.

Elana əsasən, altıncı konfrans 31 Şəhrivər və 1 Mehr 1401-ci Şəmsi ili (miladi 23 və 24 sentyabr 2022-ci il) cümə axşamı və cümə günləri keçiriləcək.

“Ərbəin Ziyarətinə dair Elmi və Beynəlxalq Konfrans (orijinal dildə adı: Əl-Motə əl-elmi əl-dovəli ıi ziyərəti əl-Ərbəin)” hər il İraq universitetlərində Kərbəla Araşdırmaları və Tədqiqat Mərkəzi və xaricdəki elmi təşkilatlar tərəfindən Ərbəin günündən öncə müqəddəs Kərbəla şəhərində keçirilir.

Bu il İraqda baş verən hadisələrə görə Ərbəin öncəsi altıncı konfransı keçirmək mümkün olmadı. Buna görə də bu həftənin sonunda və İmam Hüseynin (əleyhi səlam) Ərbəin mərasiminin ildönümündən beş gün sonra keçiriləcək.

Tədqiqat Mərkəzinin keçirtdiyi “Ərbəin Ziyarətinin 6-cı elmi və beynəlxalq konfransı”nın mövzusu “Ərbəin; sabit yol və huviyyət ünvanı”dır.

Qeyd edək ki, “Kərbəla Araşdırmaları və Tədqiqat Mərkəzi İmam Hüseynin (əleyhis salam) hərəminin tədqiqat qolu hesab olunur və geniş elmi, araşdırmalara, nəşriyyat və mədəni fəaliyyətlərinə malikdir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!