27 iyul 2026 - 12:13
İmam Seyid Müctəba Xamenei: Livan mücahidlərini müdafiə etmək İran İslam Respublikasının strateji siyasətidir

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Hizbullahın baş katibi və mömin, cəsur döyüşçülərinin sədaqət və beyət məktubuna cavabında vurğulayıb: "İran İslam Respublikası şəhid rəhbərin müəyyən etdiyi xətt üzrə Livan mücahidlərini müdafiə etməyi özünün strateji siyasəti hesab edir."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Hizbullahın baş katibi və onun mömin, cəsur döyüşçülərinin sədaqət və beyət məktubuna cavabında bildirib ki, Livan Hizbullahının sionist düşmənə qarşı mübarizədə öncül olması və dünya xalqlarına zülm və qlobal hegemonluqdan qurtuluş yolunda ilham verməsi böyük əhəmiyyət daşıyır.

O vurğulayıb ki, İran İslam Respublikası Livan mücahidlərini müdafiə etməyi özünün strateji siyasəti kimi müəyyən edib və Livanın ərazi bütövlüyünün qorunmasını, həmçinin sionist rejimin təcavüzünün tam və qeyd-şərtsiz dayandırılmasını ABŞ-ın dəstəyi ilə aparılmış müharibənin başa çatmasına dair hər hansı razılaşmanın birinci şərti hesab edir.

İnqilab Rəhbərinin məktubunun tam mətni

Bismillahir-rəhmanir-rəhim

"Ey iman gətirənlər! Sizə yaxın olan kafirlərlə vuruşun və qoy onlar sizdə sərtlik görsünlər..."

Höccətülislam vəl-müslimin Şeyx Nəim Qasım cənablarına,

Livan Hizbullahının hörmətli baş katibinə, bütün fədakar, səbirli və müqavimətli komandirlərə və döyüşçülərə.

Salam olsun hamınıza və Allahın rəhməti.

Sizin – mənim qardaşlarım və övladlarım olan mömin və cəsur Hizbullah döyüşçülərinin – məktubu, Allahın sözünü uca tutmaq uğrunda göstərdiyiniz dözüm və möhkəmliyin, Qurani-Kərimin vədlərinə inamın, İmam Xomeyninin və şəhid rəhbər Ayətullahül-üzma Xameneinin izzət gətirən ideallarına sədaqətin ifadəsi olduğu üçün təqdirəlayiqdir.

Bu gün dünya xalqları ABŞ hökumətinin və əkini, nəsli məhv edən cinayətkar sionistlərin zülmündən bezmişdir. Qarşıda cihad və müqavimətdən başqa yol qalmamışdır. Bu yolda səbir və möhkəmlik göstərən haqq mücahidləri ilahi qələbə vədəsinə nail olacaqlar.

"...Möminlərə yardım etmək Bizim üzərimizə düşən haqq idi."

Bu gün Livan Hizbullahı sionist rejimin və onun himayədarlarının vəhşicəsinə hücumları qarşısında möhkəm qaya kimi dayanaraq cihad qruplarının önündə gedir. Onun bu müqaviməti dünyanın azad xalqları üçün qlobal hegemonluğun və onun əlaltılarının zülmündən qurtuluş yolunda ilham mənbəyinə çevrilmişdir.

Şübhəsiz ki, bu böyük nailiyyətin mühüm hissəsi Livan xalqının, xüsusilə də cənub bölgəsinin səbir, ləyaqət, fədakarlıq və dəstəyinin nəticəsidir.

İran İslam Respublikası da şəhid İnqilab Rəhbərinin müəyyən etdiyi xətt üzrə bu məzlum və qüdrətli mücahidləri müdafiə etməyi özünün strateji siyasəti hesab edir və Livanın ərazi bütövlüyünün qorunmasını, sionist rejimin təcavüzünün tam və qeyd-şərtsiz dayandırılmasını ABŞ-ın təcavüzkar siyasəti nəticəsində baş vermiş müharibənin başa çatmasına dair razılaşmanın ilk şərti kimi qəbul edir.

Allahın salamı və rəhməti şəhidlərə, yaralılara, onların səbirli ailələrinə və Allah yolunda hicrət edən, çətinliklərə sinə gərən möminlərə olsun.

Allahın salamı Hizbullahın şəhidlər ağası Seyid Həsən Nəsrullaha, müqavimətin bütün əvvəlki komandirlərinə və şəhid silahdaşlarına olsun. Onlar İslam müqavimətinin fidanını kökü möhkəm, budaqları göylərə ucalan qüdrətli bir ağaca çevirdilər. Onların cihadı və müqaviməti Livana İslam dünyasında izzət və başucalığı qazandırdı.

Sonda Uca Allahdan diləyirəm ki, Həzrət Sahibəzzamanın (ə.f) xeyir-duaları sayəsində bütün ilahi lütf və mərhəmətlər müqavimət mücahidlərinə, şəhidlərə, qazilərə, mühacirlərə və onların səbirli ailələrinə şamil olsun.

"Biz isə yer üzündə zəif salınmışlara lütf etmək, onları rəhbərlər etmək və onları yer üzünün varislərinə çevirmək istəyirik."

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei

Sizin rəyiniz

You are replying to: .
captcha