Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarətnaməsinin bir hissəsində İmam Hüseynin (əleyhi səlam) İlahi risaləti və missiyası bəyan edilir, ziyarətçi isə bəşəriyyətin hidayətində Onun misilsiz roluna şəhadət verməyə dəvət olunur. Bu hissədə İmam Hüseyn (əleyhi səlam) peyğəmbərlərin varisi, Allahın höccəti, hidayət rəhbəri və dinin qoruyucusu kimi təqdim edilir. Bildirilir ki, O Həzrət aydın dəvəti və sonsuz xeyirxahlığı ilə bütün insanlara ilahi dəlili tamamlamış, öz ilahi risalətini kamil şəkildə yerinə yetirmişdir.

Sizin rəyiniz