15 aprel 2014 - 08:34
Tehran deşifrə etdiyi amerikalı casusa on il iş kəsdi

O, 2011-ci ilin avqustunda İran İslam Respublikasında məlum missiyasını həyata keçirdərkən deşifrə edilmiş və həbs olunmuşdur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (SİA) ilə əməkdaşlıqda və İran İslam Respublikasında casusluq işləri ilə məşğul olmaqda günahlandırılan Amerika vətəndaşı Əmir Mirzayi Hikmətin məhkəmə prosesi keçirilib.

İran İslam Respublikasının Ali Məhkəməsinin qərarı ilə Amerika vətəndaşı Əmir Mirzayi Hikmət on il azadlıqdan məhrum edilməklə cəzalandırılıb.

Qeyd edək ki, barəsində casusliq idiası olan şəxsin azadlıqdan məhrum edilmə hökmü dörd ay bundan öncə verilib.

Bildirək ki, 1983-cü ildə Arizona ştatında doğulan və Miçiqan əyalətində yaşayan Ə.M.Hikməti əvvəllər ABŞ Hərbi-Dəniz Qüvvələrində tərcüməçi işləyib.

O, 2011-ci ilin avqustunda İran İslam Respublikasında məlum missiyasını həyata keçirdərkən deşifrə edilmiş və həbs olunmuşdur.

2012-ci il yanvarın 9-da Tehran İnqilab Məhkəməsi onu düşmən dövlətlə əməkdaşlıqda və ABŞ kəşfiyyatına işləməkdə təqsirli bilərək edam cəzasına məhkum edib. Ancaq İran İslam Respublikasının Ali Məhkəməsi onun barəsində çıxarılmış ölüm hökmünü müəyyən səbəblərə görə, ləğv edib.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags