16 oktyabr 2025 - 17:23
Source: IRNA
İran İslam Respublikasının Afrika ölkələri ilə münasibətləri gücləndirməyə dair qəti iradəsi

İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin XIX aralıq iclası çərçivəsində Uqandanın xarici işlər naziri ilə görüşərək, İranın Afrika ölkələri ilə əlaqələri daha da möhkəmləndirməyə sadiq olduğunu vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin XIX aralıq iclasında iştirak etmək məqsədilə Uqandanın paytaxtı Kampala şəhərinə səfər edib. O, cümə axşamı səhər saatlarında iclas çərçivəsində Uqandanın xarici işlər naziri Abubəkr Edonqo ilə görüşüb.

Görüş zamanı nazir Əraqçi İranın Afrika ölkələri, o cümlədən Uqanda ilə münasibətləri inkişaf etdirmək istiqamətindəki əzmini vurğulayaraq, iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün İranın tam hazır olduğunu bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha