Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Polşa xarici işlər nazirinin Amerika–sionist qrupu ilə əməkdaşlıq edərək Britaniya parlamentində İrana qarşı tamaşa təşkil etməsi və Rusiyа–Ukrayna münaqişəsində guya İran dronlarından istifadə edilməsi barədə yalan iddialar irəli sürməsinə cavab olaraq, Polşanın Tehrandakı nümayəndəliyinin rəhbəri Marçin Vilçek İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Marçin Vilçeki İİR XİN-in köməkçisi və Nazirliyin Aralıq dənizi və Şərqi Avropa departamentinin direktoru Mahmud Heydəri qəbul edib.
Görüş zamanı Aralıq dənizi və Şərqi Avropa departamentinin direktoru Polşa xarici işlər nazirinin əsassız və daxili işlərə qarışan bəyanatlarını qəti şəkildə rədd edib, təəssüf hissi ilə bu kimi köhnə və təkrarlanan iddiaların səsləndirilməsini qeyd edib və İran Xarici İşlər Nazirliyinin sərt etirazını Polşa tərəfinə çatdırıb.
Sizin rəyiniz