Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bir sıra Cənubi Koreyalı tələbə ölkələrinin ərazisində yerləşən ABŞ hava bazasına daxil olarkən ABŞ əleyhinə şüarlar, o cümlədən "Yeddinci Hərbi Hava Qüvvələrini məhv edək" şüarları səsləndiriblər.
Etirazçı tələbələrin ABŞ bazasına daxil olması ilə eyni vaxtda Cənubi Koreyanın paytaxtı Seulda bir qrup vətəndaş fəalının üzvləri də çərşənbə axşamı günü şəhərdəki ABŞ səfirliyinin qarşısında iki ölkənin illik hərbi təlimlərinin dayandırılmasını tələb edərək etiraz mitinqi keçiriblər.
Sizin rəyiniz