Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu gün, çərşənbə günü Nazirlər Kabinetinin iclasında hökumət üzvlərinin layiqli fəaliyyətlərinə görə təşəkkürünü bildirərək ölkənin idarə olunmasında əsas prioritetin fəaliyyət səviyyəsinin və səmərəli nəticələrin yüksəldilməsi olduğunu qeyd edib.
Pezeşkian bildirib: “Xalqın problemlərindən hər hansı bir düyünü aça biləcək bütün şəxslərlə əməkdaşlıq edəcəyəm. Zəruridir ki, hamımız bir-birimizin yanında olaq və çatışmazlıqları aradan qaldıraq. Buna görə də bütün varlığımızla xidmətimizi davam etdirəcəyik.”
Pezeşkian çıxışının digər hissəsində regionda və ölkədəki vəziyyətə toxunaraq İran xalqının müqavimətini zorakılıq və zülmə qarşı dirənişinin misilsiz nümunəsi kimi qiymətləndirərək vurğulayıb: “Biz düşmənlərlə mübarizə aparırıq və onların qarşısında müqavimət göstəririk ki, zorakılıq və zülm qarşısında boyun əyməyək. Eyni zamanda, özümüz də xalqa zor tətbiq edə və ya zülm edə bilmərik, çünki bu iki yanaşma bir-biri ilə ziddiyyət təşkil edir.”
Prezident, həmçinin sahədaxili və sahələrarası əlaqələrin inkişaf etdirilməsinin, dövlət qurumları arasında daha geniş koordinasiyanın yaradılmasının vacibliyini vurğulayar əlavə edib: İcraedici qurumların təşkilat və müəssisələri həmrəyliyin və koordinasiyanın gücləndirilməsi məqsədilə daha çox iclaslar keçirməlidirlər ki, nəticəsiz qarşıdurmalardan çəkinilsin və məsələlərə baxılması prosesi sürətləndirilsin.
Pezeşkian daha sonra Əlamut qalasının UNESCO-da dünya miqyasında qeydiyyata alınmasını ölkə üçün böyük nailiyyət adlandırıb və bu sahədə fəaliyyət göstərən bütün şəxslərə və məsul qurumlara səmimi təşəkkürünü bildirərək deyib: “Bu, kollektiv səylər nəticəsində həyata keçirilmiş böyük bir iş idi.”
Sizin rəyiniz