28 iyul 2026 - 09:55
Source: IRNA
Sionist ekspert: İsrailin İranla uzunmüddətli qarşıdurma aparmaq imkanı yoxdur

Hayfa Universitetinin Strategiya və Yaxın Şərq məsələləri üzrə professoru Amtsiya Baram, Tel-Əvivin Vaşinqtondan getdikcə artan asılılığını tənqid edərək bildirib: İsrail artıq əvvəlki strateji müstəqilliyə malik deyil və İranla uzunmüddətli qarşıdurmanı davam etdirmək gücündə deyil.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hayfa Universitetinin Strategiya və Yaxın Şərq məsələləri üzrə professoru Amtsiya Baram, sionist rejimin “Maariv” qəzetinə müsahibəsində xəbərdarlıq edib ki, İsrail rejimi hərbi çağırışlarla yanaşı, dərin strateji və siyasi problemlərlə də üzləşib.

Baram Tel-Əvivin ABŞ-dən artan asılılığını tənqid edərək bildirib ki, müharibənin ən mühüm nəticəsi sionist rejimin Vaşinqtondan tarixdə görünməmiş səviyyədə asılı vəziyyətə düşməsi olub.

Sizin rəyiniz

You are replying to: .
captcha