27 iyul 2026 - 11:03
Source: IRNA
Kətaib Seyid əl-Şühəda ofisi: İmam Hüseyn (ə) zəvvarlarının qanının qisası təcavüzkarların ölümcül kabusuna çevriləcək

İslam Müqaviməti Kətaib Seyid əl-Şühəda ofisi: Bu əməl cavabsız qalmayacaq və onun sifarişçiləri ilə icraçıları törətdikləri cinayətin ağır nəticələri qarşısında məsuliyyət daşıyacaqlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasında fəaliyyət göstərən İslam Müqaviməti Kətaib Seyid əl-Şühəda ofisi kəskin bəyanat yayaraq ABŞ və İsrail rejiminin müdafiəsiz Hüseyn (ə) hərəminin zəvvarlarını hədəfə almasını açıq-aşkar beynəlxalq normaların pozulması və ağır cinayət kimi qiymətləndirib.

Bəyanatda deyilir: Cinayətkar ABŞ-nin başçılıq etdiyi şər koalisiyanın müdafiəsiz zəvvarları və İmam Hüseyn (ə) hərəminin ziyarətçilərini hədəfə alaraq həyata keçirdiyi terror aktı, qorxaqlıq və cinayətkarlıq nümunəsi olmaqla yanaşı, bir daha İslam ümmətinin and içmiş düşmənlərinin vəhşi, hegemon və insanlıq əleyhinə mahiyyətini üzə çıxardı.

Bəyanatda əlavə olunub: Bu dəhşətli və qəddar faciə bütün beynəlxalq qanunların, insan hüquqları konvensiyalarının və əsas insani prinsiplərin kobud və açıq şəkildə pozulmasıdır. Şübhəsiz ki, bu cinayət qətiyyətli, peşmanedici cavab və ağır cəza ilə qarşılanacaq.

Bəyanatın davamında qeyd olunub: İran İslam Respublikasında Kətaib Seyid əl-Şühəda İslam Müqaviməti ofisi məzlumcasına uca məqama yüksələn və qanına boyanan Hüseyn zəvvarlarının və Hüseyn eşqilə yaşayanların şəhadətini Həzrət İmam Zamana (əc), Ali Rəhbər Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onun kölgəsini üzərimizdən əskik etməsin), şəhidlərin möhtərəm və əziz ailələrinə, şərəfli və müqavimətli İran xalqına, eləcə də bütün azad insanlara və Aşura məktəbinin vurğunlarına başsağlığı verir.

Sizin rəyiniz

You are replying to: .
captcha