23 iyul 2026 - 19:41
Tramp çarəsizlikdən İrana və Ənsar-Allaha qarşı təhdidlərə üz gətirdi

Yəmən Səudiyyə Ərəbistanının dəniz blokadasını və Qırmızı dənizdə iki Səudiyyə tankerinin hədəfə alındığını elan etdikdən sonra ABŞ prezidenti Donald Tramp Ənsar Allaha qarşı məyusluğunu ifadə etdi və bu cür hərəkətlərin təkrarlanacağı təqdirdə İranı məsuliyyətə cəlb edəcəyini, İrana və Ənsar Allaha qarşı "ağır hərbi sanksiyalar" tətbiq edəcəyi ilə hədələdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Qırmızı dənizdə Səudiyyə vəhhabi rejiminin gəmilərinə qarşı əməliyyatları ilə eyni vaxtda ABŞ prezidenti çarəsizlikdən İrana və Ənsar Allaha qarşı təhdidlərə üz gətirdi.

Yəmən Səudiyyə vəhhabi rejiminə qarşı tətbiq etdiyi blokadasını və onun təsirli hərəkətlərini elan etdikdən sonra ABŞ prezidenti bu gün Truç Soçial-da verdiyi mesajda iki Səudiyyə gəmisinin hədəfə alınmasına toxunaraq "əgər bunu yenidən etsələr, ABŞ İranı məsuliyyətə cəlb edəcək" deyə hədələdi.

O, Yəmənin Ənsar Allahının İranla əlaqəli bir vasitəçi qüvvə olduğunu iddia edərək əlavə etdi: "İrana və əlbəttə ki, husilərin özlərinə qarşı ağır hərbi sanksiyalar tətbiq ediləcək."

İran müharibəsi zamanı yəmənlilərin indiyə qədər məsuliyyətlə davrandıqlarını bildirən Tramp, mövcud vəziyyətdən məyusluğunu belə ifadə etdi: “Husilərdən çox məyus oldum, çünki onlar indiyə qədər çox peşəkar və ağıllı davranıblar.”

Qeyd edək ki, Yəmən silahlı qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Sari bu gün səhər iki Səudiyyə vəhhabi rejimin neft tankerinin çoxsaylı raket və dronlarla hədəfə alındığını açıqladı.

Yəmən rəsmisi bildirib ki, “təxminən 10 gəmini geri çəkilməyə və geri qayıtmağa məcbur etdik”. O, əlavə edib: “Gözə-göz prinsipini həyata keçirmək üçün Səudiyyə düşməninə qarşı dəniz əməliyyatlarımızı davam etdirəcəyik.”

Xatırladaq ki, bu Bazar ertəsi günü Yəhya Sari “blokadaya qarşı blokada” tənliyinə əsaslanaraq, gəmiçiliyə qadağa və cinayətkar Səudiyyə vəhhabi rejiminə qarşı dəniz blokadası elan etmişdi.

Tramp çarəsizlikdən İrana və Ənsar-Allaha qarşı təhdidlərə üz gətirdi

Sizin rəyiniz

You are replying to: .
captcha