14 iyul 2026 - 23:00
Source: IRNA
SEPAH: ABŞ ordusunun Beşinci Dəniz Donanmasının hava nəzarət radarı məhv edildi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda bildirib: “Patriot” radarı, ABŞ ordusunun Beşinci Dəniz Donanmasının hava nəzarət radarı və C-RAM erkən xəbərdarlıq radar sistemi məhv edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi “Nəsr-2” əməliyyatının 8 saylı bəyanatında bildirib: SEPAH-ın Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin döyüşçüləri Bəhreyndə yerləşən “böyük şeytanın” Beşinci Dəniz Donanmasına raket və pilotsuz uçuş aparatları ilə hücum edərək həmin donanmanın yanacaq anbarlarını yandırıblar. Həmçinin “Patriot” radarı, donanmanın hava nəzarət radarı və C-RAM erkən xəbərdarlıq radar sistemi hədəfə alınaraq məhv edilib.

Bundan əvvəl SEPAH-ın 7 saylı bəyanatında bildirilmişdi ki, düşmənin təcavüzünə cavabın birinci mərhələsində SEPAH-ın Dəniz Qüvvələrinin qəhrəman döyüşçüləri “Nəsr-2” əməliyyatının ikinci dalğasında “Ey Hüseynin qanının qisasını alanlar” şüarı ilə Bəhreyndəki Cüfeyr bazasında yerləşən bir neçə silah-sursat təminatı anbarını, peyk rabitəsi mərkəzini və ABŞ hərbçilərinin yaşayış binasını raket və pilotsuz uçuş aparatları ilə hədəfə alaraq məhv ediblər.

Həmçinin ötən gecə SEPAH qüvvələrinin 6 saylı bəyanatında bildirilib ki, Bəhreyndəki Cüfeyr bazasında yerləşən bir neçə silah-sursat təminatı anbarı, peyk rabitəsi mərkəzi və ABŞ hərbçilərinin yaşayış binası SEPAH-ın raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınaraq məhv edilib.

Sizin rəyiniz

You are replying to: .
captcha