14 iyul 2026 - 23:34
Source: IRNA
İşğalçı sionist rejiminin Livanın cənubunda dağıdıcı hücumları davam edir

Livan mənbələri Livanın cənubunda sionist ordusunun atəşkəs rejimini pozmasının və dağıdıcı hücumlarının davam etdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan mənbələri sionist ordusunun hücumları nəticəsində "Yəhmər əş-Şəqif" şəhərinin cənubundakı "Safita" ərazisində partlayış baş verdiyini bildirib; partlayış dağ silsiləsində böyük bir boşluq və çatlamağa səbəb olub və nəticədə cənub bölgələrində dəhşətli bir səs eşidilib.

Livan mənbələri düşmən İsrailin hücumlarının "Kəfr Tibnit" şəhərində də partlayışa səbəb olduğunu bildirib ki, bu da iki saatdan az müddətdə bu tip ikinci partlayış olub.

Livan mediasının məlumatına görə, İsrail əsgərləri bu gün səhər saatlarında Tir şəhərindəki "Mucəddəl Zun"da və "Bint Cubəyl" ərazisindəki "Hədasa"da yaşayış binalarının bir neçəsini də partladıblar.

Livan mənbələri bu gün səhər saatlarında "Buyut əs-Siyad" şəhərinin də İsrail artilleriya atəşinə tutulduğunu açıqlayıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha