13 iyul 2026 - 20:15
Source: IRNA
İran İraqın Süleymaniyyə şəhərində separatçı terrorçuların qərargahını PUA ilə darmadağın etdi

Xəbər mənbələri İraqın Süleymaniyyə şəhərində İran İslam Respublikasına qarşı fəaliyyət göstərən separatçı terrorçuların qərargahına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyini bildiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraq Kürdüstan bölgəsinin şimalında yerləşən Süleymaniyyə şəhərində İran İslam Respublikasına qarşı fəaliyyət göstərən separatçı terrorçuların qərargahı PUA hücumunun hədəfi olub.

Bundan əvvəl də xəbər mənbələri ötən gün (şənbə) İraqın şimalında yerləşən Ərbil və Süleymaniyyə şəhərlərində partlayış səslərinin eşidildiyini xəbər vermişdilər.

Bununla bağlı Əl-Qədir telekanalı partlayışlardan birinin İraq Kürdüstan bölgəsinin mərkəzi olan Ərbil şəhərində baş verdiyini bildirmişdi.

Sizin rəyiniz

You are replying to: .
captcha