Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: «Şas» Partiyasının mənəvi lideri, şərq mənşəli ultra-pravoslav yəhudilərin keçmiş baş ravvini İshaq Yosef, sionist rejimin baş naziri Benyamin Netanyahunu «yalançı və etibarsız» adlandırıb və bu partiyanın qarşıdakı Knesset seçkilərində onun rəqibi Qadi Ayzenkotun dəstəklənməsi ehtimalından danışıb.
Bu sionist ravvin qapalı keçirilən iclas zamanı bildirib: Netanyahu bizi ümumi hərbi xidmət qanunu məsələsində və digər məsələlərdə aldatdı; o, yalançıdır və heç bir şəkildə ona arxalanmaq olmaz.
O, daha sonra Knessetin üzvü və sionist rejim ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotu Netanyahunun mümkün alternativi kimi tərifləyərək deyib: Ayzenkot Tövrat təbliğatçılarına hörmət göstərən inanclı bir yəhudidir. Hətta onun nənəsi də “Şas” Partiyasının tərəfdarı olub və nəvəsinin ravvin olmasını arzulayıb. Baxmayaraq ki, bu arzu gerçəkləşməyib, lakin o, etibar edilə bilən bir insandır.
«Şas» Partiyasının mənəvi lideri vurğulayıb: Biz qarşıdakı seçkilərdə İsrailin baş naziri vəzifəsinə Ayzenkotun namizədliyini dəstəkləyə bilərik.
Sizin rəyiniz