Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərəb dünyası analitiki Əbdül Bari Ətvan vurğulayıb ki, Donald Tramp anlaşma memorandumunun icrasının başlamasından bir aydan da az vaxt keçdikdən sonra İranın dərinliklərində yerləşən hədəflərə qarşı düşmənçilik hücumlarını yenidən bərpa edib. Bu hücumlar nəticəsində indiyədək 14 nəfərin şəhid olduğu 78 nəfər isə yaralandığı bildirilir.
Ətvanın sözlərinə görə, Tramp bir neçə dəfə bütün qayda və əxlaqi dəyərlərdən kənara çıxıb: Birincisi, İran rəhbərliyinə qarşı nalayiq sözlər işlətdiyi zaman; ikincisi, İranın şimal və şərqindəki dəmir yolu körpülərinin bombalanması barədə əmr verdiyi zaman; üçüncüsü isə Buşehr Atom Elektrik Stansiyasının ətrafını raket hücumuna məruz qoyduğu zaman. Bu isə nüvə radiasiyasının sızmasına səbəb ola bilər və on minlərlə insanın ölümünə gətirib çıxara bilər.
Bu analitik vurğulayaraq yazıb ki, hazırda Hörmüz boğazından heç bir gəmi İranın rəsmi razılaşmaları olmadan keçməyəcək.
O bildirib ki, İranın Trampa qarşı növbəti silləsi Babül-Məndəb boğazında olacaq və bu, daha güclü olacaq. İsrail də İranın ən böyük qisasının hədəfi olacaq.
Sizin rəyiniz