10 iyul 2026 - 15:43
Source: IRNA
General-mayor Abdullahı: Şəhid rəhbərin qatillərindən qisas alacağıq

Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı müraciətində bildirib: “Bu müqəddəs hüzn və qəzəb şəhid Rəhbərin, dünya müsəlmanlarının və azadlıqsevərlərinin liderinin, eləcə də ikinci və üçüncü məcburi müharibələrin məzlum şəhidlərinin qatillərindən qisas alma yolunda davam edəcək və onları əməllərinin cəzasına çatdıracaq.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı General-mayor Əli Abdullahi yazılı müraciət ediblər.

O, müraciətində bildirib: “Dünya müsəlmanlarının və azadlıqsevərlərinin rəhbəri, Həzrət Ayətullahül-üzma İmam Xameneinin (r) şəhadəti münasibətilə Həzrət İmam Zamana (canımız və ruhumuz ona fəda olsun), İnqilabın rəhbəri Həzrət Ayətullahül-üzma İmam Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onun mübarək kölgəsini uca etsin) və İslam ümmətinə başsağlığı və təsəllilərimi çatdırıram. Son günlər dünya tarixdə misli görünməmiş və yaddaşlardan silinməyəcək bir dastanın şahidi oldu.”

Müraciətin davamında qeyd olunub: “Ümmətin şəhid İmamının dəfn və vida mərasimi əzəmət, bəsirət, iman, cihad və müqavimətin rəmzi və təzahürü kimi bəşəriyyətin yaddaşına həkk olunacaq.”

Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı bildirib: “Mən böyük şəhid Rəhbərin uca məqamına ehtiramımı bildirərək, özümü misilsiz, şərəfli və böyük İran xalqına, qardaş və dost ölkə İraqın qəhrəman xalqına, rəhbərlərinə və silahlı qüvvələrinə, İslam mücahidlərinə, eləcə də dünya müsəlmanlarına və azadlıqsevərlərinə dərin təşəkkür və minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Onlar İslam İnqilabının və müqavimət cəbhəsinin şəhidlərinin Rəhbərinin vida və yola salınma mərasimlərində misilsiz və mənalı iştirakı ilə böyük bir dastan yaratdılar.”

General-mayor Abdullahi müraciətində əlavə edib: “İslam ümmətinin görünməmiş iştirakı yalnız bir vida mərasimi deyildi; bu, haqq axtarışının uca səsi və dünya zalımlarının planlarına çəkilən qəti bir xətt idi. Bu böyük xalq hərəkatı haqqı və batili aydın şəkildə bir-birindən ayırdı. Bu insani yüksəliş oyanmış xalqların iradəsi ilə şəhadətin ali yolu arasındakı dərin bağlılığın təcəssümü oldu.”

Müraciətdə daha sonra deyilir: “Dünya və qlobal küfr və hegemonluğun rəhbərləri, xüsusilə cinayətkar Amerika və xəbis sionist rejim bilməlidir ki, xalqın gözlərindəki dərin hüznü və bu kədərdən doğan coşqunu zəiflik əlaməti kimi qiymətləndirməsinlər.”

Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı vurğulayıb: “Bu müqəddəs hüzn və qəzəb şəhid Rəhbərin, dünya müsəlmanlarının və azadlıqsevərlərinin liderinin, eləcə də ikinci və üçüncü məcburi müharibələrin məzlum şəhidlərinin qatillərindən qisas alma yolunda davam edəcək və onları əməllərinin cəzasına çatdıracaq.”

General-mayor Abdullahi müraciətinin sonunda vurğulayıb: “Silahlı qüvvələrdə xalqın igid və şərəfli övladları Uca Allahın yardımı və müsəlman, azadlıqsevər xalqların dəstəyi ilə inqilabi addımlar ataraq düşmənin gözlərindən yuxunu qaçıracaq və bu terror cinayətlərinin törədicilərindən gec-tez qisas alacaqlar.”

Sizin rəyiniz

You are replying to: .
captcha