12 iyul 2026 - 13:59
Source: IRNA
SEPAH: Amerika təyyarədaşıyan gəmilərinin yanacaq doldurma platformaları darmadağın edildi

İslam İnqilabı Keşikçiləri Korpusu bəyanatında gəmilərin lojistik dəstək mərkəzlərinin və Amerika təyyarədaşıyan gəmilərinin yanacaq doldurma platformalarının darmadağın edildiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına görə, uşaq qatili Amerika ordusunun təcavüzünə cavabın üçüncü mərhələsində İİKK-nın aerokosmik döyüşçüləri Omanın Duqm limanında gəmilərin lojistik dəstək mərkəzlərini və Amerika təyyarədaşıyan gəmilərinin yanacaq doldurma platformalarını ağır və gözlənilməz hücumla darmadağın edib.

Bundan əvvəl başqa bir açıqlamada da elan edilmişdi ki, uşaq qatili Amerika ordusunun İran İslam Respublikası silahlı qüvvələrinin sahil bazalarına qarşı davam edən təcavüzünə cavab olaraq, Hörmüz boğazında ikinci hücum edən gəmini vurmaq və dayandırmaqla yanaşı, Qətərin Əl-Udeyd bazasındakı ABŞ strateji hava mərkəzi cavab əməliyyatının ikinci mərhələsində ballistik raketlərlə hədəfə alınıb və qırıcı təyyarələrin təmir və texniki xidmət mərkəzi və bu qarnizonun komandanlıq mərkəzi darmadağın edilib.

Dünən gecə İranın cavabının birinci mərhələsində İİKK-nın aerokosmik döyüşçüləri ABŞ hərbi bazalarını hədəfə alıb. Bu mərhələdə cavab İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı mühüm hərbi infrastruktur və obyektləri hədəfə alıb, bazanın komandanlıq və idarəetmə mərkəzini və MQ9 pilotsuz təyyarə anqarlarını bir neçə ballistik raketlə məhv edib.

Sizin rəyiniz

You are replying to: .
captcha