Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA tərəfindən bəzi hissələri tərcümə olunan bu məktubda Dr. Məhəmməd Hüseyn Muxtari dünya katoliklərinin lideri Papa XIV Leonun nüvə silahlarının tamamilə məhv edilməsinin, güc tətbiq etmək əvəzinə qanunun aliliyinin təmin edilməsinin və ölkələrin beynəlxalq öhdəliklərə riayət etməsinin zəruriliyi ilə bağlı aydın və qəti mövqelərini yüksək qiymətləndirib.
Məktubda o, nüvə texnologiyasına malik ölkələrin, xüsusən də nüvə silahına malik dövlətlərin 1968-ci ildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamasına baxmayaraq, nüvə tərksilahı sahəsindəki öhdəliklərini yerinə yetirmək üçün hələ də təsirli və real tədbirlər görmədiyini bildirib.
Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzv dövlətləri nüvə tərksilahına nail olmağa məcbur edən 6-cı maddəsinə toxunan Muxtari qeyd etdi ki, həmin ölkələr də bu müqavilənin 4-cü maddəsinin 1-ci bəndinə əsasən ölkələrin dinc nüvə enerjisinə nail olmaq fəaliyyətinə müdaxilə etməmək öhdəliyi daşıyırlar.
Sizin rəyiniz