Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Ənsarullah hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Fərəh Səudiyyə Ərəbistanı rəsmilərinə birbaşa xəbərdarlıq edərək bildirib: Səudiyyə Ərəbistanına endiriləcək tək bir zərbə bu ölkənin Yəməndə yüz il ərzində nail olmağı arzuladığı hər şeyi çökdürə və puça çıxara bilər.
O, Ər-Riyadın diktə olunan siyasətlərə tabe olmasını tənqid edərək əlavə edib: Səudiyyə Ərəbistanının məğlubiyyətin acısını dadmaqda israr etməsi göstərir ki, bu ölkənin qərarları öz əlində deyil, əksinə, xarici planlar və təzyiqlər altında yönləndirilir. Ər-Riyad öz xalqının mənafeyini qorumur, həmçinin öz təhlükəsizliyinə və ambisiyalarına da əhəmiyyət vermir.
Sizin rəyiniz